Zərdabda icra başçısının müavini şöbə müdirini xəstəxanalıq edib?
29-09-2015, 09:19
Oxunub: 1 320
Lalə Əmirəliyevanın Baba Babayevi məcburi qaydada iclasa gətirmək istəməsi ikincinin az qala ölümünə səbəb olacaqmış
Zərdab rayonunda skandal yaşanıb. Jam.az-a verilən məlumata görə, skandalın yekunu icra başçısının müavinin hərəkətlərinin ardından şöbə müdirinin xəstəxanaya düşməsiylə nəticələnib.
Məlumatda deyilir ki, Zərdabın icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva sentyabrın 23-də bütün məktəb direktorlarını toplayaraq, seçki ilə bağlı tapşırıqlar verməliymiş. Həmin gün Zərdab təhsil şöbəsinin müdiri Baba Babayev özünü yaxşı hiss etmədiyindən iclasa qatıla bilməyib. JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, yeni müavin təyin edilən Lalə Əmirəliyeva onun səhhətinin dürümünü nəzərə almayaraq, Baba müəllimdən iclasa qatılmasını tələb edib. Hətta müavin bir qədər də irəli gedərək “Sənə kim olduğumu göstərəcəm” deyə şöbə müdirinin hədələyib. Üstəlik, polis və prokurora tapşırıq verib ki, Baba Babayevi sürünməli də olsa onun yanına gətirsinlər. Elə mərəkə də bundan sonra qopub.
Məlumatda deyilir ki, qısa müdəətdə Zərdab Təhsil Şöbəsinin qarşısı polis işçiləri ilə dolub. Baba Babayevi aparmaq üçün gələn polislər isə tez bir zamanda əraziyə Təcili Tibbi Yardım çağırmalı olublar. Verilən məlumatda deyilir ki, buna səbəb şöbə müdirinin vəziyyəytinin daha da pisləşməsi olub. Şəkəri qalxan Babayevi həkimlərin səyi nəticəsində özünə gətirə biliblər. Və ardından evə götürülüb.
Qeyd edilir ki, Baba Babayev polis orqanlarının yanında rəsmi olaraq bəyan edib ki, əgər başına bir iş gələrsə, məsuliyyətini Lalə Əmirəliyeva daşıyacaq.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət