BolgeXeber.Com » Ölkə » Azərbaycanın baş cərrahı istefa verdi - "Hazırda o, iş başındadır"
Azərbaycanın baş cərrahı istefa verdi - "Hazırda o, iş başındadır"
29-09-2015, 14:32
Oxunub: 5 606
Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasının direktoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssisi, ölkənin baş cərrahı, əməkdar həkim Hacıqulu Bağırov işdən çıxmaq haqqında ərizə yazıb
Bolgexeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı ATU-nun mətbuat xidməti də təsdiqləyib.
Məlumatda bildirilib ki, klinikanın direktoru əməliyyatların çoxluğunu əsas gətirərək direktor vəzifəsindən çıxmaq istəyib və bu səbəbdən də ərizə yazıb: "Ərizə hələlik təsdiqlənməyib. Hazırda o, iş başındadır. Ərizəyə Səhiyyə Nazirliyində baxılacaq".
Xatırladaq ki, Hacıqulu Bağırov 2013-cü ildə - Klinikanın açılışından bəri klinikanın direktoru vəzifəsində çalışır.
Qeyd edək ki, Hacıqulu Bağırov Səməd oğlu 2004-2006-cı illərdə Dövlət xətti ilə Səudiyyə Ərəbistanında cərrah-mütəxəssis kimi işləyib. O, 2000-ci ildən Azərbaycanın əməkdar həkimidir, "Tərəqqi" medalı ilə təltif olunub.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər