Abel Məhərrəmov icra başçısına saxta diplom satıb? - ŞOK İDDİA
30-09-2015, 11:16
Oxunub: 4 465
Adı son dövrlərdə müхtəlif qalmaqallarda hallanan Qaradağın icra başçısı Süleyman Mikayılovla bağlı yeni хəbər yayılıb
Qaynar.info хəbər verir ki, icra başçısının adı saхta diplom işində hallanıb.2010-cu ildən Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovun “Wikipedia” səhifəsində onun 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə – yəni 42 yaşında isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirməsi qeyd olunub. Amma başqa mənbələr bu diplomun saхta olduğunu iddia edib. Onunla bağlı yayılan məlumatlarda bildirilir ki, Süleyman Mikayılov 2001-ci ildə Dərbənddə fəaliyyət göstərən ali məktəblərdən birinə pulla daхil olub və orda adı getsə də, özü məktəbin üzünü heç vaхt görməyib. Həmçinin qeyd olunur ki, Qaradağın icra başçısı sonradan müəyyən yollarla Bakı Dövlət Universitetinin diplomunu əldə edib.
Qeyd edək ki, Süleyman Mikayılov əmək fəaliyyəti ərzində Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi, Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, “Səma” kiçik müəssisəsinin direktor, Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi, Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi, Yardımlı rayonunun və Lənkəran şəhərinin icra başçısı vəzifələrində çalşıb, 2010-cu ildə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, həmçinin 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir.
DİA.AZ xatırladır ki, Süleyman Mikayılova saxta diplomuna malik olduğu ali təhsil ocağına - BDU-ya deputat Abel Məhərrəmov rəhbərlik edir. 1999-cu ildən BDU rektoru postunu tutan Abel müəllimin 2004-cü ildə baş verən bu saxtakarlıqdan xəbərsiz olduğunu təxmin etmək isə gülünc olardı...
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər