Ziya Məmmədovu tam bitirirlər – Nəqliyyat Nazirliyi ləğv edilir
1-10-2015, 10:27
Oxunub: 4 088
Yaxın vaxtlarda Nəqliyyat Nazirliyi ləğv olunacaq
Bu barədə istiqlal.az-a daxil olan məlumatda deyilir ki, nazirliyin səlahiyyətlərinin tədricən azaldılması da bununla bağlıdır.Məlumat üçün deyək ki,“Azərbaycan Dəmir Yolları” QSC artıq rəsmən Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. “Azal” və Xəzər Dəniz Gəmiçiliyi İdarəsi isə faktiki olaraq müstəqil qurum kimi fəaliyyət göstərir. Sərnişindaşıma da demək olar ki, Nəqliyyat Nazirliyindən alınıb. Bakıda sərnişindaşıma Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Taksilərə lisenziya verilməsi isə ASAN Xidmətə tapşırılıb. Hazırda Nəqliyyat Nazirliyinin tərkibində qalan əsas qurum “Azəryolservis” ASC-dir. Bu qurumun da yaxın günlərdə müstəqillləşəcəyi bildirilir.
Məlumatda deyilir ki, Nəqliyyat Nazirliyinin digər səlahiyyətləri isə bu qurum ləğv edildikdən sonra İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcək. Nəqliyyat naziri Ziya Məmmədovun taleyinə gəlincə, onun hər hansı vəzifəyə təyinatı barədə bilgi yoxdur. Bəzi iddialara görə, nəqliyyat naziri işsiz qalacaq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər