BolgeXeber.Com » Ölkə » Erməni hərbçiləri belə məhv edildi - VİDEO

Erməni hərbçiləri belə məhv edildi - VİDEO

3-10-2015, 12:06
Oxunub: 4 121 Erməni hərbçiləri belə məhv edildi - VİDEOErmənistan Müdafiə Nazirliyində bu ölkənin jurnalistləri ilə görüş keçirilib

Ermənistan KİV-lərinin verdiyi məlumata görə, görüşdə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlər, erməni tərəfinin xeyli itki ilə üzləşməsi məsələsi müzakirə olunub.
Mətbuat konfransında erməni jurnalistlər Ermənistan Müdafiə Nazirliyinin və Dağlıq Qarabağdakı separatçı rejimin “rəsmiləri"nin açıqladığı məlumatlara inanmadıqlarını deyib. Onlar son günlərdə sosial şəbəkələrdə bir qrup erməni hərbçisinin məhv edilməsini əks etdirən görüntülərlə bağlı Ermənistan MN-in rəhbərliyindən açıqlama-izahat istəyib.
Lakin nazirlik erməni hərbçilərin məhv edilməsi ilə bağlı yayılan videolar haqda məsələyə münasibət bildirməkdən imtina edib.
Ermənilərin sosial şəbəkələrdə yaydığı və Ermənistan hərbçilərinin məhv edilməsini özündə əks etdirən videogörüntüləri təqdim edirik: