BolgeXeber.Com » Ölkə » Abunəçi "Azercell"in oğurladığı balansı necə geri qaytartdırdı?-FAKT
Abunəçi "Azercell"in oğurladığı balansı necə geri qaytartdırdı?-FAKT
3-10-2015, 18:02
Oxunub: 6 320
"Azercell" Fakturalı xətt və Tələbə birliyi tarifinin abunəçiləri internet paketlərdən istifadə edərkən diqqətli olun
Bolgexeber.com xəbər verir ki, belə bir müraciətilə Xəlilov Pərviz azerinews.tv-yə məktub göndərib. Onun iddiasına görə, "Azercell" tərəfindən Fakturalı xətt və Tələbə 1-liyi tarifinin abunəçiləri aldadılır və şirkət belə bir maxinasiya ilə miyonlara sahib olur....
P.Xəlilovun müraciətini olduğu kimi oxuculara təqdim edirik:
"Mən Xəlilov Pərviz 2013-cü ildən fakturalı xətt tarifinin abunəçisiyəm. Bir vaxtlar balansımın tez-tez əskik olmağını müşahidə etdim. Lakin dəfələrlə bu barədə "Azercell Telekom" MMC-yə müraciət etməyimə baxmayaraq, onlar balansımı bir neçə dəfə araşdıraraq guya heç bir problemin olmadığını demişdilər. Həmin dövrlərdə 1gb internet paketinin qiyməti 6 AZN olanda, bu paketə aylıq abunə olmuşdum. "Azercell" tərəfindən Fakturalı xətt və Tələbə 1-liyi tarifinin abunəçilərinin götürdüyü internet paketlərinə faktura kəsiləndən sonra 20% endirim tətbiq olunmalıdır. Sən demə, "Azercell Telekom" MMC hər ay təzələnən 1gb internet paketimə tətbiq olunası 20% endirimi oğurlayır. Belə ki, 6 AZN-in 20%-i (1.20 AZN) hər ay balansımdan əskik gəlirdi. Bəlkə də mənim kimi minlərlə abonentin belə 20% endirimi oğurlanıb. 28 yanvar 2015-ci il tarixində saat 14:50-də 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən "Azercell Express" ofisinə yaxınlaşaraq, həmin oğurluğu oradakı işçilərə sübut etdim. Bu sübutumdan 27 gün sonra, 27 fevral 2015-cil tarixində mənə heç bir açıqlama verilmədən, oğurlanan məbləğdən 11azn-i "Azercell" tərəfindən balansıma əlavə olundu. Bu barədə sübutum var şəkildə. Bu 11 azn neçə aydır ki, oğurlanan internet paketlərimə tətbiq olunası 20%-lərin cəmi imiş. Bunu "Azercell"ə sübut etməsəydim,oğurluqları davam edəcəkdi.
"Azercell Telekom" MMC-yə oğurluğunu, qüsurlarını sübut edərkən, bunların hamısının yalandan təkmilləşdirmə işləri ilə əlaqədar olduğunu bildirir. Çünki "Azercell" bununla bütün oğurluqlarını, qüsurlarını, yalanlarını ört-bastır edib, məsuliyyətdən qaçmaq istəyir.
Bu işlərlə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəyirdim. Lakin sosial şəbəkələrdə "Azercell MMC"-nin Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə dəstək verməsi haqqında məlumatları oxuyarkən bu fikrimdən əl çəkdim.
Əziz oxucular hətta Azercell-ə də etibar etməyin. Fakt olaraq oğurluqlarını tutmuşam. Ən çox sevdiyim mobil operator idi, indi gözümdən düşüb.
İnternet paketlərinə abunə olan Fakturalı xətt və Tələbə1-liyi abunəçiləri, Azercell-in yenə də belə oğurluq etməyinə imkan verməyin. Balansınızı daim nəzarətdə saxlayın. Diqqətlə baxın ki, faktura kəsildikdən sonra götürdüyünüz internet paketlərinə tətbiq olunası 20% endirim balansınıza əlavə olunsun. Əgər bu endirim tətbiq olmursa, demək ki, "Azercell" yenə də oğurluq edir. Dərhal Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə şikayət edin".
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər