BolgeXeber.Com » Ölkə » AMİ Gəncə Filialı bağlansa da rüşvət qalmaqalı davam edir...

AMİ Gəncə Filialı bağlansa da rüşvət qalmaqalı davam edir...

10-10-2015, 09:48
Oxunub: 792 AMİ Gəncə Filialı bağlansa da rüşvət qalmaqalı davam edir...Nicat Hüseynlinin iddiasına görə Həcər Aşurovanın ondan məhz 7 min deyil, 9 min 8 yüz manat almasını sübut edən telefon danışıqları da əlində var

Qazaxdan moderator.az - a daxil olan şikayət məktubunda iddia edilir ki, Qazax sakini Nicat Hüseynli Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının 2- ci kursuna qəbul olmaq üçün direktor Ramiz Məmmədovun qudası Həcər Aşurovaya 9.800 manat pul veribmiş...

Amma 2013-cü ildə filial bəlli səbəblərdən bağlandığından Nicatın tələbə olmaq arzusu ürəyində qalıb. Ramiz Məmmədov haqqında isə korrupsiya əməlləri barədə cinayət işi açılsa da istintaqın sonrakı gedişi və keçmiş filial rəhbərinin son aqibəti hələ də ictimaiyyət üçün qaranlıq qalır. Nicat isə pulunu geri ala bilmir.

Şikayətçi deyir ki, Həcər müəllimə pulu aldığını danmır. Yalnız məbləğin sadəcə 7000 manat olduğunu bildirir. Onu da Ramiz müəllimə verdiyini iddia edərək deyir ki, gedin ondan alın. Amma vasitəçi qismində pulu Həcər Aşurovaya ötürən qardaşı qızı Səlahət isə 9.800 manat verdiyini bildirərək lazım gəlsə istintaqda bunu bibisi Həcərin özünə sübut etməyə hazır olduğunu bildirir.

Nicat Hüseynlinin iddiasına görə Həcər Aşurovanın ondan məhz 7 min deyil, 9 min 8 yüz manat almasını sübut edən telefon danışıqları da əlində var və o da bunu Təhsil Nazirliyinə və bu işlə maraqlanacaq istintaq orqanlarına təqdim etməyə hazırdır.
Bolgexeber.com