BolgeXeber.Com » Ölkə » Oliqarx diplom alverçisinə mandat vəd edib

Oliqarx diplom alverçisinə mandat vəd edib

10-10-2015, 19:08
Oxunub: 3 156 Oliqarx diplom alverçisinə mandat vəd edibBakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli haqda sensasion məlumatlar yayılıb

Bolgexeber.com xəbər verir ki, 104 saylı Gədəbəy-Tovuz dairəsindən deputatlığa namizədliyini irəli sürən rektorun gizlin fəaliyyəti açıqlanıb.
Təhsil naziri Misir Mərdanovun zamanında saxta diplom alverinin böyük bir hissəsində onun əsas fiqurlardan biri olduğu üzə çıxıb. Bu barədə azmedia.info saytı yazıb.
İddia olunur ki, N.Hüseynli bir çox uğurlarına, həmçinin Bakı Avrasiya Universitetinə görə məhz dayısına minnətdar olmalıdır. 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, hazırda isə Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri vəzifəsində çalışan İzzət Rüstəmov onun dayısıdır. Lakin bir müddət sonra rektorun əlaqələri genişlənib və dayısına arxa çevirib.
Rektor minlərlə tələbəninin köçürülməsində, həmçinin minlərlə insanın saxta diplom almasında birbaşa iştirak edib. Bu işdə onun əsas köməkçisi isə uşaqlıq dostu olan, hazırda Memarlıq və İnşaat Universitetində baş müəllim Fəryad Kazımov olub. İllər boyu özəl və xarici universitetlərdən testdənkənar qəbul edilən minlərlə insanı dövlət universitetlərinə köçürüblər.
Saxta diplom işləri çox şişdiyindən satışına qadağa qoyulur. Bundan sonra isə Fəryad Kazımov Nazim Hüseynlidən pul aldıqları, lakin diplom vermədikləri insanların pullarının geri qaytarılmasını tələb edir. Nazim Hüseynli geri qaytarmağın imkansız olduğunu söyləyir.
İki dost arasında mübahisə sonradan münaqişəyə çevrilir. Fəryad Kazımovun ondan əl çəkmədiyini görən Nazim Hüseynli uşaqlıq dostunun üstünə reket yollayıb onu ölümlə hədələyir. Həbs olunacağından qorxan Fəryad Kazımov isə evini sataraq pulları geri qaytarır.
Mənbə bildirir ki, hazırda Nazim Hüseynli Putinin dostu kimi tanınan İlham Rəhimovun ətrafında fırlanır. Elə İlham Rəhimovun köməyi ilə də deputat olmağa çalışır. Mənbə qeyd edir ki, İlham Rəhimovla Nazim Hüseynlinin münasibələrinin qurulmasında milyarderin yaxın adamı olan Xanoğlan və Azad əsas rol oynayıblar.
Nazim Hüseynli 1995-ci ildən mandat əldə etməyə can atır. Amma karyerasında dərin iz buraxan "siyasi müxalifətçilik" onu hakimiyyətin etimad gəstərəcəyi şəxslərin siyahısından çıxarıb. Bundan başqa onun adı "nurçu" qalmaqalının məşhur simaları ilə işbirliyində də hallanır.
Rəbiyyət Aslanova ilə işgüzar münasibətləri olub. Rəbiyyət Aslanova vaxtı ilə onun kollecində müəllim işləyib, oğlu Elnur Aslanov da Ali Diplomatiya Kollecində bir müddət təhsil alıb. Eyni zamanda "nurçular"ın hazırlıq kursu uzun müddət rektorun kollecində, onun himayəsi altında olub.
Bolgexeber.com