BolgeXeber.Com » Ölkə » Hacı olan İqbal Məmmədov haqda ŞOK MƏQAMLAR - “Onu yalnız Relax-da görə bilirik, o da içkili halda“

Hacı olan İqbal Məmmədov haqda ŞOK MƏQAMLAR - “Onu yalnız Relax-da görə bilirik, o da içkili halda“

14-10-2015, 10:51
Oxunub: 4 082 Hacı olan İqbal Məmmədov haqda ŞOK MƏQAMLAR - “Onu yalnız Relax-da görə bilirik, o da içkili halda“Sakinlərin tələbi odur ki, deputat heç olmasa, ayda iki dəfə onların görüşünə gəlib şikayətlərinə qulaq assın

Azərbaycanda Parlament seçkilərinə sayılı günlər qalır.Bolgexeber.com bildirir ki, azxeber.com bu məqsədlə deputatların fəaliyyəti ilə bağlı sorğularını davam etdirir.

Milli Məclisin ən qalmaqallı deputatlarından olan İqbal Məmmədov haqda mətbuatda yüzlərlə məqalə yayımlanıb. Kiçik bir xatırlatma
“Kaspi Yıldız” və “Relax” şirkətlər qrupunun sahibi rayonu təkbaşına idarə edir

Milli Məclisdə müxtəlif bölgələri təmsil edən 125 deputatdan çox az hissəsi öz seçiciləri ilə tez-tez görüşlər keçirərək onların qayğıları ilə maraqlanır. Parlamentdə seçicilərinin halına yanan millət vəkilləri barmaqla sayılası qədərdir. Çoxunun başı biznesə qarışdığı üçün seçicilərini yaddan çıxarıblar.

Seçkidən bir ay əvvəl namizəd olduqları rayonlara gedən deputatlar yenidən əl-ayağa düşüblər. Parlamentin bəzi üzvləri seçildiyi müddətdən sonra bir dəfə də olsun təmsil etdiyi rayonlara baş çəkməyib. Gedən deputatların da məqsədi seçildikləri rayonlarda tikdirdikləri istirahət mərkəzlərində dincəlməkdir. Beləliklə, seçkiqabağı vətəndaşların çox şey gözlədiyi namizədlər mandat alandan sonra sanki qeybə çəkilirlər. 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilmiş “Kaspi Yıldız” və “Relax” şirkətlər qrupunun sahibi İqbal Məmmədov da danışmayan deputatlardandır. Şamaxının vəzifədən çıxarılan icra başçısı Asif Məmmədovun qardaşı olan deputatın seçicilərə qarşı hörmətsizlik etməsi barədə istər televiziya vasitələrində, istərsə də çap mediasında dəfələrlə məlumatlar gedib. Bu qədər tələb və tənqidlərə baxmayaraq, deputat təmsil etdiyi dairənin seçiciləri ilə görüşlər keçirib onların sosial problemləri ilə ilgilənmir. Lerik sakinləri bu şəxsi ancaq rayonda keçirilən rəsmi tədbirlər zamanı görə bilirlər: “Dəfələrlə rayondakı problemlərlə bağlı ona müraciət etmək istəsək də, alınmayıb. Elə barəsində ancaq qəzetlərdə oxuyur, şəkillərini qəzetlərdə görürük. Bizim üçün deputatı görmək möcüzəyə bərabərdir. Hamı onun kimi imkanlı deyil. Amma bahalı maşınlarda gəlib-gedən turistlər, imkanlı şəxslər hər gün gözümüzün qabağındadır. Biz paxıl deyilik. Amma belə də olmaz. Bu qədər sərvətdən gözü doymayıbmı? Elə isə imkan verəydi, leriklilər onların haqq səsini eşidən birisini deputat seçəydilər, o da dara düşəndə camaatın yanında olaydı”. Bu sözlər deputatın fəaliyyətindən narazılıq edən sakinlərə məxsusdur. Deputatıəl-əl gəzən seçiciləri məcbur qalıb uzun məsafə qət edərək Milli Məclisə qədər gəlib çıxıblar: “Binanı qoruyan mühafizəçilər maneçilik törətdilər. Sayımızın çox olduğunu bəhanə edərək bizi ərazidən uzaqlaşdırmağa çalışdılar. Dedilər ki, əks halda polis çağıracaqlar. Biz deputatı sona qədər gözləmək niyyətində deyilik”. Sakinlərin tələbi odur ki, deputat heç olmasa, ayda iki dəfə onların görüşünə gəlib şikayətlərinə qulaq assın.

Lerik rayon sakini Eldəniz Quliyev 60 sot torpağının deputat İqbal Məmmədov tərəfindən əlindən alındığını iddia etmişdi.

Lerik Rayonu Nəriman Nərimanov küçəsi ev 21-də yaşayan Eldəniz Şadkamal oğlu Quliyev mətbuata müraciət edərək, kömək istəyib. Bildirib ki, onun 60 sot qanuni sənədi olan həyətyanı sahəsini zorla Lerikin icra başçısı Rövşən Bağırov və rayondan deputat olan İqbal Məmmədov müsadirə ediblər: “Lerik rayonunda 60 sot qanuni mülkiyyətimi zorla əlimizdən alıblar. Bunun səbəbi odur ki, mənim torpağım dövlət əhəmiyyətli obyektin tikintisi üçün plana düşmüşdü. Bunun müqabilində mənə kompensasiya vermədilər. Torpağımızı zorla əlimizdən alan isə Lerikin icra başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədovdur. Mən öz hüquqlarımı qorumaq üçün bu məsələni ictimailəşdirmək istəyirəm. Bu gün rayon deputatı İqbal Məmmədov mənimlə telefon əlaqəsi yaradaraq, mənə “səni aradan götürərəm” deməkdən, nalayiq küçə söyüşləri ilə məni təhqir etməkdən çəkinmədi. 75 yaşlı anamı - Əliyeva Xoşqədəm Şövqi qızını təhqir elədilər. Axşam saat 17:08 radələrində 2-ci dəfə anonim zəng edərək, bu məsələni böyütsəm, məni öldürəcəklərini bildirdilər”.

Zərərçəkən Eldəniz Quliyev ailəsinin yaşadığı və başına gələn müsibətlərdən danışdı : “15 ailə üzvümüz var. Ümidimiz o torpaq sahəsi idi. Əkinimizi viran, bizi müflis etdilər. Qardaşım - 1968-ci il təvəllüdlü Quliyev Tahiri rayon deputatı İqbal Məmmədov qohumları vasitəsi ilə şər atdıraraq həbs etdirdi. Onun qohumları icra hakimiyyətində və polisdə işləyir. Bu məsələdən çəkindirmək üçün hər gün bizə hədə-qorxu gələn anonim zənglər edirlər. Bizi özümüzü öldürmək həddinə çatdırıblar. Bu məsələdə hər zaman haqq sözünü deyən, hüququ pozulanların arxa-dayağı olan “Yeni Müsavat” qəzetindən kömək istəyirəm. 75 yaşlı anamın ah-naləsini yerdə qoymayın”

Portalımızın 308 minlik rəsmi "facebook" səhifəsində bu dəfə millət vəkili İqbal Məmmədovla bağlı oxucularımızın fikirlərini öyrəndik və məlum oldu ki, deputata münasibət burada da eynidir. Bəzi şərhləri təqdim edirik:

Aygün Fatimə adlı oxucumuz yazır:

Onu bir dəfə də Milli Məclisdə danışan görmədik. Yeyib-içən hacılardandır. Yenə də deyirəm ki, içən. Bu sözə diqqət edin.

Yasəmən Ağayeva:

Sifətindəki nura baxın, maşALLAH

Zaur Hüseynov:

Bunu tutmaq lazımdır çoxdan.

Murad Əliyev:

Onu yalnız sahibi olduğu Relax-da görə bilirik, o da çox vaxt içkili halda. Allah biz lerikliləri İqbal Məmmədovun əlindən alsın. Amin

Qeyd edək ki, İqbal Məmmədov yenə də deputat olmaq iddiasındadır. O yenə də namizədliyini 78 saylı Lerik seçki dairəsindən irəli sürüb. Amma fakt odur ki, İqbal Məmmədovun sayəsində Lerikdə artıq seçkilərə də inam qalmayıb və sakinlər noyabrın 1-də baş tutacaq seçkiləri boykot etmək fikrindədirlər.
Bolgexeber.com