BolgeXeber.Com » Ölkə » Fəhlələrə 400 manat verən “Qarasu oil” şirkətinin vitse-prezidentin maaşı 18 mindir
Fəhlələrə 400 manat verən “Qarasu oil” şirkətinin vitse-prezidentin maaşı 18 mindir
14-10-2015, 14:53
Oxunub: 997
“Qarasu oil” şirkətinin fəhlələri yenə etiraz aksiyası keçiriblər
Neftçilərin musavat.com-a verdikləri məlumata görə, bu gün səhər saat 07:00 da fəhlələrin etiraz aksiyası keçirmələrinə əsas səbəb “Qarasu oil” şirkətinin vitse-prezidenti İslam Ovçuyevin neftçilərin yemək pullarını və bayram pullarını kəsməsi olub. Bunun dünyada neftin qiymətinin düşməsi ilə əlaqəli olduğunu deyən şirkət rəhbərliyi nədənsə öz əmək haqlarında endirim etməyib.
Neftçilərin sözlərinə görə, İslam Ovçuyev özü 18 min manat əməkhaqqı aldığı halda fəhlələr 400-500 manat əmək haqqı alırlar: “Ağır şəraitdə işləyən biz, komfortlu kabinetdə oturan İslam Ovçuyev kimilər isə şah kimi yaşayırlar. “Qarasu oil”da ədalətsizliyin başında vitse-prezident İslam Ovçuyev dayanır. Əslən gürcüstanlı olan İslam Ovçuyev fəhlələri hədələyərək qorxudur, “etiraz aksiyası keçirsəniz, sizi işdən qovdurub həbs etdirərəm” deyir".
Neftçilər deyirlər ki, İslam Ovçuyev “Qarasu oil”dan uzaqlaşdırılmayana qədər burada normal, ədalətli mühüt formalaşmayacaq.
Fəhlələrin dediyinə görə, tələbləri yerinə yetirilmədiyi təqdirdə etiraz aksiyasını davam etdirəcəklər.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət