BolgeXeber.Com » Ölkə » Azay Quliyev Milli Məclisin spikeri olacaq?

Azay Quliyev Milli Məclisin spikeri olacaq?

15-10-2015, 12:37
Oxunub: 6 011 Azay Quliyev Milli Məclisin spikeri olacaq?8 saylı Binəqədi seçki dairəsindən Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev öz təşəbbüsü ilə namizədliyini irəli sürüb

Bu dairədən Yeni Azərbaycan Partiyası 135 saylı orta məktəbdə uşaq birliyinin rəhbəri işləyən Aysel Əlizadənin namizədliyini irəli sürüb. Hər kəsə bəllidir ki, Azay Quliyevin inzibati, ictimai və QHT resursları ilə müqayisədə Aysel Əlizadənin imkanları müqayisəolunmaz səviyyədədir. Və bu həm də o deməkdir ki, artıq Azay Quliyev deputat olacağından şübhə etmir. Həm də hakim partiya onun üçün yaşıl işıq yandırıb.
Azay Quliyev Milli Məclisin spikeri olacaq?

Azay Quilyev ötən parlament seçkilərində 46 saylı Şirvan şəhər seçki dairəsindən deputat seçilmişdi. O zaman QHT Şurasının sədri üçün qələbə qazanmaq çox çətin olmuşdu. 2010-cu ildə Azay Quliyevin topladığı səslərlə Ümid Partiyasının namizədi Rasim Qocayevin topladığı səslər arasında cəmi bir neçə yüz seçici səsi fərqi var idi. Bu isə o demək idi ki, Azay Quliyev heç də bütün ölkə boyunca istədiyi dairədən deputatlığını irəli sıürüb sorğu-sualsız qalib gələ bilər. Rasim Qocayevin topladığı 7 minə yaxın seçici səsini 46 saylı DSK rəsmən yekun protokolu ilə təsdiqləmişdi.

Bu isə karyerası yüksəlməkdə olan bir gənc kadrın aktivində o qədər də yaxşı görünmürdü. İndi isə Azay müəllim 8 saylı DSK-dan deputatlığa namizədliyini irəli sürüb. Bu dəfə də hakimiyyət dairələri onun üçün jest edib. Və yenə də əsas rəqibləri zəiflətməklə. Məsələn 8 saylı Binəqədi Seçki Dairəsindən A.Quliyevin əsas rəqiblərindən olan Aysel Əlizadənin (125-lər seçki blokundan) qarşısına eyni ad və soyadla bir orta məktəbdə uşaq birliyinin rəhbərini çıxarıblar. Seçici hansı Aysel Əlizadəyə səs verəcəyini düşünsün deyə…
Azay Quliyev Milli Məclisin spikeri olacaq?
Başqa bir rəqib isə 2005-ci ildə Milli Məclisin deputatı olmuş Arzu Səmədbəylinin də namizədliyi qeydə alınmayıb. 2010-cu ildə bu dairədən deputat seçilmiş Milli Məclisin spikeri Oqtay Əsədov artıq dairəsini dəyişib. Və Abşeronda45 saylı dairədən deputatlığını irəli sürüb. Türklər demişkən iqtidar mənsubları Azay Quliyev üçün yetərincə torpil yapıblar. Amma ortada sanki QHT tədbirlərini xatırladan bir seçki kampaniyası həyata keçirilir.

QHT-lərlə bağlılığı olan bütün media resurslarında yayılan xəbərlərdə də görünür ki, Binəqədidə Azay Quliyevin keçirdiyi görüşlərdə büdcə təşkilatları və QHT mənsubları iştirak edirlər. Bu arada artıq dairə ərazisində insanlar arasında aparılan təbliğatda alt ştrixlərdə «Bu dairədə spiker dairəsidir. Azay müəllim spiker olacaq» söhbətləri dolaşır. Hər halda bu yanlış anlaşılma olmasın Azay Quliyevin ətrafındakılara motivasiya verməsi üçün düşünülmüş texnalogiya olmalı. Bu qədər torpildən sonra…/gundeminfo.az/