Hacıqabulda Müstəqillik Günü qeyd edildi-FOTO
16-10-2015, 17:56
Oxunub: 5 440
Xalqımızın böyük tarixi nailiyyəti və milli sərvəti-Müstəqilliyimiz!
Xalqımız artıq 24 ildir ki, oktyabr ayının 18-ni müstəqillik günü kimi qeyd edir, bu tarixi günü yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılayır.
İstiqlaliyyət günümüzün ölkəmizdə hər il təntənəli şəkildə qeyd edilməsi Azərbaycan dövlət müstəqilliyinin möhkəm təməllər üzərində qurulduğunu və əbədi olduğunu bir daha sübut edir. Müstəqillik günü rayonumuzda da təntənə ilə qeyd edildi.
Oktyabrın 16-da keçirilən bayram tədbiri ulu öndər, müstəqilliyimizin banisi Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı. Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ayrı-ayrı idarə-müəssisə, təşkilat rəhbərləri ümummilli liderin abidəsi önünə tər gül dəstələri düzdülər. Tədbir rayon Heydər Əliyev Mərkəzinin geniş zalında davam etdirildi.
Tədbiri Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov açaraq tədbir iştirakçılarını, hacıqabulluları bayram münasibəti ilə təbrik etdi. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbir davam etdirildi. RİH Başçısı müstəqilliyimizin bərpasının 23 illiyi ilə əlaqədar məruzə ilə çıxış edərək qeyd etdi ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycanın öz dövlət müstəqilliyini qeyd edərək yeni tarixi mərhələyə qədəm qoyduğundan , xalqımızın tarixi nailiyyəti olan milli müstəqilliyimizin qorunub saxlanılmasından, əldə etdiyimiz bugünkü uğurlarımızın böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olmasından danışdı.
Natiq qeyd etdi ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci ilin 18 oktyabrında qəbul edilsə də dövlət müstəqilliyimizin etibarlı əsasları 1993-cü ildən Heydər Əliyevin bilavasitə rəhbərliyi altında, onun qətiyyətli siyasəti və dövlətçilik ntəcrübəsi nəticəsində yaradılmışdır.
Bu gün hər bir azərbaycanlı azad ölkənin vətəndaşı olmağı ilə fəxr edir. Bu azadlığımızın, müstəqilliyimizin yaranmasında ən böyük zəhməti isə məhz ulu öndər Heydər Əliyev çəkib. Müstəqilliyimizin memarının siyasi müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş həmrəyliyi bərqərar oldu, əmin-amanlıq və sabitlik bərpa edildi.
RİH Başçısı çıxışında qeyd etdi ki, çox sevindirici haldır ki, ulu öndərimizin ideyaları bu gün yaşayır. onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən yeni məzmun və keyfiyyətlə davam etdirilir. Müstəqil respublikamız gündən-günə inkişaf və tərəqqi edir, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilir. Azərbaycanımızın kiçik bir guşəsi olan Hacıqabulda da bu inkişaf və tərəqqi nəzərə çarpır.
Tədbirdə müstəqilliyimizə həsr olunmuş sənədli film nümayiş etdirildi.
Tədbirdə MTN-nin rayon şöbəsinin sədri Elman Kərimov, rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov, şəhər Mərkəzi Kitabxanasının işçisi Elmira İbrahimova, şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb liseyin müəllimi Nüşabə Maqsudova çıxış etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov tədbirə yekun vuraraq bir daha xcalqımızı, hacıqabulluları müstəqillik bayramı münasibəti ilə təbrik etdi, müstəqillik həqiqətən də böyük tarixi nailiyyətdir, bizim əsas vəzifəmiz bu müstəqilliyi qoruyub saxlamaq və onu daha da möhkəmləndirməkdir-dedi.
(“Hacıqabul”qəzeti)
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər