Nazirin çıxarılması deputatın mandat ümidini qırdı
21-10-2015, 12:54
Oxunub: 6 082
Deputat Hacı Salayevin yenidən seçilməsi məsələsi sual altına düşüb
Bolgexeber.com xəbər verir ki, Eldar Mahmudovun milli təhlükəsizlik nazirinin vəzifədən azad olunması onun mandat şansını azaldıb.
Qaynar.info yazıb ki, deputat Hacı Salayev 2010-cu ilin parlament seçkilərində məhz sabiq milli təhlükəsizlik nazirinin istəyi və dəstəyi ilə mandat qazanıb. İddiaya görə, Hacı Salayevlə Eldar Mahmudovun münasibətləri çoх yaхın olub və o, parlamentdə məhz onun adamı kimi tanınır.
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmiş Hacı Salayev yenidən bu dairədən namizədliyini irəli sürüb. Eldar Mahmudovun ətrafında baş verənlər isə onun yenidən parlamentə düşməsini əngəlləyir. Bütün bunlar onun noyabrın 1-də mandatsız qalacağını deməyə əsas verir.
Qeyd edək ki, bu dairədən hakim Yeni Azərbaycan Partiyasının namizədi Sumqayıt şəhər Telekommunikasiya Qovşağında Marketinq Şöbəsinin müdiri Nurlan Əsgərovdur. Həmçinin dairədən Rəyasət Bağırov (Azadlıq-2015), Niyaməddin Orduхanov (BAXCP), Fizuli Qurbanov (MDHP), Ramil Süleymanov (bitərəf) və Niyazi Talıblı (bitərəf) namizədliyini irəli sürüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər