Şagirdlərə ev tapşırıqlarının verilməsinə qadağa qoyulub? - Rəsmi
24-10-2015, 11:30
Oxunub: 2 142
Azərbaycan Təhsil Nazirliyi adıçəkilən qurum tərəfindən ibtidai sinif şagirdlərinə ev tapşırıqlarının verilməsinə qadağa qoyulması barədə bəzi müəllimlərin söylədiyi fikirlərə aydınlıq gətirib
Nazirlikdən Trend-ə bildirilib ki, ibtidai sinif şagirdləri üçün ev tapşırığının nəzərdə tutulmaması barədə göstəriş olmayıb və bu, pedaqoji-psixoloji cəhətdən düzgün sayıla bilməz: “Sadəcə olaraq, müəllimlərə, xüsusilə də ibtidai sinif müəllimlərinə tövsiyə olunur ki, şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə diqqət yetirsinlər, təlim materiallarının əsas hissəsinin sinifdə mənimsədilməsinə nail olsunlar. O da tövsiyə edilir ki, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir”.
Xatırladaq ki, artıq bəzi ibtidai sinif müəllimləri belə bir qadağanın qoyulduğunu əsas gətirərək ev tapşırıqlarının sayını xeyli azaldıblar, ibtidai sinifdə dərs keçən ingilis dili müəllimləri isə şagirdlərin dəftərlərinə yeni sözləri qeyd etmir, yeni sözləri yalnız dərs zamanı öyrətməklə kifayətlənirlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- Dünən, 14:10 : Nazir təyin olunan Rəşad Nəbiyev kimdir? - DOSYE
Gündəm
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 24-01-2021, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- Dünən, 13:50 : Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
Siyasət
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 12:56 : Prezidentin köməkçisi Qarabağda müharibənin başlamasından danışdı: “Dedik ki, artıq kifayətdir” - VİDEO
Müsahibə-Reportaj
- Dünən, 13:23 : Prezident yeni nazir təyin etdi-FOTO
Gündəm