“Eyfel” və “Qaya”da qaranlıq işlər - FOTO
13-11-2015, 14:56
Oxunub: 7 464
İbrahim Mustafayev “Sədərək” bazarından 100 manat dəyərində lüstr, qab-qaşıq alaraq həmin malları öz şirkətlərinin markası adı ilə 3 min manata müştəriyə satır
Babək prospektində “Azpetrol” yanacaqdoldurma obyekti ilə üzbəüz yerləşən “Eyfel qrup”un sahibi Mustafayev İbrahim Şəmsəddin oğlu ilə bağlı maraqlı məlumat daxil olub.
Bolgexeber.com xəbər verir ki, ( İbrahim Mustafayev eyni zamanda Babək prospektində “Monte Karlo” şadlıq sarayı ilə üzbəüz yerləşən “Qaya qrup”unun da sahibidir.
Qafqaznews.az-ın redaksiyasına daxil olan məlumatdan bəlli olur ki, İbrahim Mustafayev Türkiyənin tanınmış mebel fabriklərinin istehsalı olan klassik yataq-qonaq dəstlərini
Türkiyədə keçirilən mebel sərgisindən nümunə kimi alaraq, sonradan həmin nümunələrdən Türkiyədə sexlərdə mebel yığdırıb sərgidən alınan marka mebel adı ilə Bakıda “Eyfel qrup” və “Qaya qrup” da satdırır.
Misal üçün sərgidən Zümrüd, Sapfir, Şahnaz, Saray və digər modellərin nümunəsini alıb sonradan Türkiyədə iki qardaşların sexində maksimum 3 min dollara yığdıraraq, Bakıya gətirib öz şirkətlərində Zümrüd yataq dəstini 13 min manata təklif edir, sonra müştəri ilə razılaşıb 7 min manata satır.
Qonaq dəstini də 13 min manata təklif edir və sonda 7 min manata razılaşır. Saray adlı yataq-qonaq dəstini 35 min manata təklif edir və 22 min manata razılaşır. Şahnaz adlı yataq-qonaq dəstini 26 min manata deyərək 16 min manata razılaşır.
Sapfir adlı yataq-qonaq dəstini 22 min manata təklif etsə də sonda 15 min manata razılaşır. İbrahim Mustafayev “Sədərək” bazarından 100 manat dəyərində lüstr, qab-qaşıq alaraq həmin malları öz şirkətlərinin markası adı ilə 3 min manata müştəriyə satır.
Aldığımız digər məlumata görə İbrahim Mustafayev Türkiyənin Bursa şəhərlərində, İnəgöl rayonunda mebel işinə baxan biznesmenlərə bir milyondan çox borclu olduğu üçün həmin şəhərlərə gedə bilmir. Ancaq Bakı şəhərindəki müştərilərinin zövgünə uyğun olaraq evin dizaynını tamamlaması üçün sifarişlə yataq-qonaq mebellərinin üzlüklərini dəyişdirilməsi və boyanması işlərini Türkiyədə gördürəcəyi adı ilə müştərilərdən mebelin mövcud qiymətindən 3-5 min arasından artıq əlavə xərc kimi alaraq Bakıda yerli sexlərdə ucuz qiymətə hazırlatdırır.
Qafqaznews.az



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər