BolgeXeber.Com » Ölkə » Qalmaqallı dərsliklərdə plagiat - Şagirdlər bir dərsi iki dəfə keçməli olurlar...

Qalmaqallı dərsliklərdə plagiat - Şagirdlər bir dərsi iki dəfə keçməli olurlar...

13-11-2015, 16:13
Oxunub: 6 158 Qalmaqallı dərsliklərdə plagiat - Şagirdlər bir dərsi iki dəfə keçməli olurlar...Ən maraqlı təkrarlanma faktı isə 93-cü səhifədə verilmiş “Sədaqətli dost” mətni ilə bağlıdırSon dövrdə mətbuatda adı tez-tez hallandırılan 8-ci sinif dərsliyində yeni xoşagəlməz faktlar aşkarlanıb. Belə ki, şagirdlər əvvəlki siniflərdə keçdikləri mətnlər üzərində yenidən işləməli olurlar.

Məsələn, 52-ci səhifədəki C.Məmmədquluzadənin “Buz” mətni 4-cü sinif dərsliyinin 175-ci səhifəsində də verilmişdir.

Ən maraqlı təkrarlanma faktı isə 93-cü səhifədə verilmiş “Sədaqətli dost” mətni ilə bağlıdır. Bu mətndə Qarabağ uğrunda gedən döyüşdən bir epizod təsvir olunur. Bu kiçik mətndə durğu işarələri ilə bağlı buraxılmış səhvlərlə işimiz yoxdur (Hərçənd Azərbaycan dili dərsliyində dil qaydalarına zidd gedən istənilən səhv yolverilməzdir). Ən maraqlısı mətnə qoyulmuş sual və tapşırıqlardır:

12-ci tapşırıq. …Əsas fikri “Bilirdim, gələcəksən” mətninin ideyası ilə əlaqələndirin.

13-cü tapşırıq. “Bilirdim, gələcəksən” mətnindən söz sırası pozulmuş 1-2 cümlə seçin.

Xatıqladırıq ki, söhbət “Sədaqətli dost” mətnindən gedir. Bəs niyə tapşırıqda mətnin adı “Bilirdim, gələcəksən” kimi verilib? Bax burada, necə deyərlər, xoruzun quyruğu görünür. Sən demə, 5-ci sinif dərsliyində eyni süjetli mətn verilib (səh.80-81) və bu mətnin adı “Bilirdim ki, gələcəksən”dir.

Ortaya çoxlu suallar çıxır. Dərsliyin 4 müəllifi var. Tutaq ki, onların 4-cü sinifdə verilmiş “Buz” hekayəsindən xəbərləri olmayıb (hərçənd olmalı idi). Bəs “Bilirdim ki, gələcəksən” necə? Axı tapşırıqlarda səhvən onun adının çəkilməsi göstərir ki, müəlliflərin bu mətndən xəbərləri olub. Məgər mətn qəhətliyidir?... Yaxşı, tutaq ki, müəlliflər bir səhvdir, eləyiblər. Bəs dərsliyi qəbul edən, ona yüksək qiymət verən ekspertlər hara baxırdılar? Yəni onlar mətnlə tapşırıqlar arasındakı uyğunsuzluğu görmədilər? Yəqin ki, müəlliflər və ekspertlər bu suallara aydınlıq gətirəcəklər.
Bolgexeber.com