BolgeXeber.Com » Ölkə » MTN işi İsgədərovları da sıradan çıxarır

MTN işi İsgədərovları da sıradan çıxarır

20-11-2015, 17:14
Oxunub: 3 539 MTN işi İsgədərovları da sıradan çıxarırEldar Mahmudovla yaxın olan məşhur iş adamının qızı işdən çıxarıldı, Ticarət Mərkəzi isə bağlanmaq üzrədir

Ölkənin ən aparıcı iş adamlarından olan Zaman İsgəndərov və onun övladlarına məxsus biznes sıradan çıxarılır. Artıq bunula bağlı ilk addımlar atılmağa başlayıb.

Əldə etdiyimiz məlumatda deyilir ki, Sumqayıtda oliqarxa çevrilmiş və bütün biznesini bu şəhərə toplamış İsgəndərovlara ilk zərbə tutduqları vəzifədən kənarlaşdırma və ticarətlərinin hissə-hissə sıradan çıxarılması ilə vurulub. Belə ki, dünən Sumqayıtın icra başçısı Zakir Fərəcovun qərarına əsasən Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Sevda İsgəndərova işdən çıxarılıb. Zaman İsgəndərovun qızı olan Sevda İsgəndərovun işdən çıxarılmasının səbəbi isə fəaliyyətində qüsurların çoxluq təşkil etməsi göstərilib. Amma bunun bəhanə olduğu da istisna deyil.

Çünki İsgəndərovlarla bağlı proses bununla yekunlaşmır. Həmçinin məsələ onların ticarətlərinə də sçıramağa başlayıb.Xalqxeber.az-a daxil olan məlumata görə, onlara məxsus Sumqayıt Ticarət Mərkəzi də yaxın günlərdə bağlanılacaq. Daha dəqiq ifadə etsək, əllərindən alınaraq, başqalarına veriləcək. Və bu barədə tapşırığın birbaşa Bakıdan gəldiyi deyilir.

Qeyd edək ki, kifayət qədər maddi imkanlara sahib, habelə təsir etmə gücləri xeyli çox olan İsgəndərovların sıradan çıxarılması heç də səbəbsiz hesab olunmur. Verilən məlumata görə, sözügedən ailənin biznesinin də əllərindən alınmasının arxasında dayanan başlıca amil kimi MTN məsələsi durur. İdda edilir ki, sabiq nazir Eldar Mahmudov vəzifə başına keçdikdən sonra əvvəlcədən münasibətdə olduğu İsgəndərovları himayəsinə alıb. Və onlara Sumqayıt şəhərində maksimum imkanlar yaratmağa başlayıb.

Məlumatlarda vurğulanır ki, Zaman İsgəndərovun oğlu Nizami İsgəndərov Eldar Mahmudovun Sumqayıt üzrə əsas fiqurlarından biri olub. Bu səbəbdən də onlara geniş imkanlar yaradılıb, dəstəklər verilib və ticarətlərini genişləndirmək üçün rəqibləri sıradan çıxarılıb. Ortada Mahmudovla İsgəndərovların biznes ortaqlığına dair xəbərlər də var. Lakin bu xəbərlərin nə dərəcədə dəqiq olması hələlik məlum deyil.
Araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.