BolgeXeber.Com » Ölkə » Eldar Əzizovdan Sumqayıt idmanına özünəməxsus töhfə...

Eldar Əzizovdan Sumqayıt idmanına özünəməxsus töhfə...

21-11-2015, 10:33
Oxunub: 3 276 Eldar Əzizovdan Sumqayıt idmanına özünəməxsus töhfə...Əcəba, işdən azad edilən rəis bu formaları niyə və nəyə istifadə etmək fikrinə düşübmüş...?

Eldar Əzizovun Sumqayıtın kadr potensialına vurduğu zərbə bu gün gerçəkdən özünü qabarıq şəkildə göstərir. Çünki yüz bəhanə gətirib vəzifəsindən uzaqlaşdırdığı adamların yerinə çox səriştəsiz, işinin öhdəsindən gələ bilməyən təsadüfi "kadrlar"ı irəli çəkdi. Bu "kadrlar" arasında idarə rəisləri, məktəb direktorları, hətta bağça müdirləri də oldu.

Zakir Fərəcov Sumqayıta İcra başçısı təyin olunandan sonra "yeri səhv düşən kadrlar"ın bir neçəsi ilə "sağollaşdı". Ancaq hələ də var...

Bolgexeber.com xeberle.com - a istinadən xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hər il təşkil olunan futbol yarışı cari ildə baş tutmayıb. Hər mövsüm Sumqayıtın təxminən 1000 nəfər gənc və yeniyetməsinin cəlb edildiyi iki aylıq yarışda 100 komanda birincilik uğrunda mübarizə aparırdı.

Son illərdə təşkil edilən bu turnir Sumqayıtda gənc və yeniyetmələrin fiziki sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə keçirilirdi.

Qeyd edək ki, komanda üzvləri baş idarə hesabına müvafiq geyim dəsti və topla təchiz olunurdu. Təqdirəlayiq haldır ki, turnirin sonunda həmin geyim dəstləri iştirakçılara hədiyyə verilirdi. Odur ki, mini çempionat sumqayıtlılar arasında nüfuz və rəğbət qazanmışdı.

Cari - 2015-ci ildə keçirilməli olan futbol turnirinin öncə mayda keçirilməsi nəzərdə tutulsa, hətta komandalar müəyyənləşdirilsə, geyim dəstləri iştirakçılar arasında paylanılsa da sonradan turnir təxirə salınıb və geyim dəstləri geri alınıb. Təqribən 1000 - dək futbol dəsti Sumqayıt Şəhər Gənclər Evinə qoyulub. Maraqlı məqam burasındadır ki, ötən çərşənbə günü Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev işdən azad olunandan sonra sözügedən 1000 ədəd geyim dəstini özü ilə aparıb. Xatırladaq ki, gənc E.Baxşəliyev ötən ilin dekabr ayından idarəyə rəhbər təyin edilmişdi və bir neçə gün öncə - noyabrın 11 - də vəzifəsindən azad olundu.

Büdcə pulları hesabına alınan 1 ədəd geyim dəstinin orta hesabla 10 manata başa gəldiyini nəzərə alsaq, rəqəmin 10 min manat civarında olduğunu hesablamaq çətin deyil...

Verilən məlumata görə, məsələdən agah olan aidiyyəti qurumların işə müdaxiləsindən sonra dünən - 19 noyabr tarixində sabiq rəis həmin geyim dəstlərini geri qaytarıb. Hazırda formalar şəhər stadionundadır.

Məsələ ilə bağlı Elşən Baxşəliyevin mövqeyini öyrəndik. Eks rəis söylədi ki, belə bir şey olmayıb, deyilənlər əsassızdır və doğru deyil.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə etdiyimiz müraciət isə cavabsız qalıb, oradan bu olaya münasibət bildirilmədi.

"Sadəlövh" bir sual yaranır. Əcəba, işdən azad edilən rəis bu formaları niyə və nəyə istifadə etmək fikrinə düşübmüş...?