Eldar Mahmudovun adamından şikayət OLUNDU
28-11-2015, 13:46
Oxunub: 4 687
Azərbaycanın birinci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun qızı Səbinə İsmayılova ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb
Bolgexeber.com bildirir ki,bir surəti moderator.az - a göndərilən müraciətdə bildirilir:
“Çox hörmətli Mehriban xanım!
Bütün respublika sizin yardımsevərliyinizdən, humanistliyinizdən danışdığı üçün mən də cəsarətimi toplayıb sizə məktub yazmaq istədim. Əslində sizə dəfələrlə məktub yazmış, rəhbərlik etdiyiniz fonda təqdim etmişəm. Amma görünən odur ki, həmin müraciətlərim sizə çatmayıb. Yoxsa, sizin vətəni, xalqı uğrunda heç düşünmədən canından keçmiş və ailəsini sizlərə əmanət etmiş Tofiq İsmayılovun ailəsinə sahib çıxacağınıza heç bir şübhəm yoxdur.
Dəyərli Mehriban xanım, mən - İsmayılova Səbinə - mərhum akademik Tofiq İsmayılovun qızı sizə öz dərdimlə yanaşı quldur dəstəsinin əməllərini də nəzərinizə çatdırmaq istəyirəm. Akim Bədəlov Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan, MTN-nin Hava Limanı İdarəsinin bu günlərdə işdən çıxarılan sabiq rəisi Pərviz Vəliyevin dayısıdir. Bu kimi qohumluq bağlarına arxalanan Akim Bədəlov atamın həlak olmasından dərhal sonra onun ailəsinin gələcəyi və rifahı üçün qoyub getdiyi nə varsa, hamısını qanunsuz yolla ələ keçirmişdir.
Atamın yaratdığı “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini ( O zaman Kaspi Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzi adlanırdı) min bir hoqqabazlıqla əlimdən almışdır. Bu da azmış kimi məni və ailəmi evsiz-eşiksiz qoymuşdur. Mən sadəcə Tofiq İsmayılovun ailəsinə məxsus olanları geri istəyirəm. Bunun üçün nə gərəkirsə, etməyə hazıram.
Nəzərinizə çatdırım ki, Akim Bədəlov Ali Məhkəmənin sədri Ramiz Rzayevlə quda olduqdan sonra məhkəmələr ədalətli qərarlar verməyib. Həmin Ramiz Rzayevin qohumlarından biri Heydər Əliyev Fondunda çalışdığından hesab edirəm ki, müraciətlərimin sizə çatmaması üçün də əllərindən gələni əsirgəməyiblər. Dəfərlərlə sizin nəzərinizə çatdırmaq istədiyim müraciətləri dərc edən mətbu orqanları belə təhdid ediblər. Sizə ünvanladığım müraciətin çıxarılması üçün dəfələrlə həmin mətbu orqanlara rüşvət təklif ediblər, hədə-qorxu gəliblər. Sizdən çox xahiş edirəm, mənə yardım edin!
Hörmətli Mehriban xanım, Sizdən mərhum atamın ruhuna hörmət əlaməti olaraq bu işlə yaxından ilgilənməyinizi xahiş edirəm. Göydə Allah, yerdə tək ümidim sizsiniz!”
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər