BolgeXeber.Com » Ölkə » AVP-da “Ana Vətənlə döyünən ürəklər” kitabının təqdimatı keçirilib
AVP-da “Ana Vətənlə döyünən ürəklər” kitabının təqdimatı keçirilib
30-11-2015, 15:20
Oxunub: 4 026
Ana Vətən Partiyasının 25 illik yubileyinə hədiyyə olaraq hazırlanmış “Ana Vətənlə döyünən ürəklər” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində partiyanın İcra Aparatının rəhbəri Elçin Ağamalı, Ali Məclisin sədri Rəşadət Yaqublu, Təşkilat Şöbəsinin müdiri Azər Quluzadə və topluda yazıları çap olunan AVP üzvləri iştirak edib. Tədbirdə çıxış edən E.Ağamalı toplunun yaranma ideyası və onun hazırlanması barədə geniş məlumat verib. O qeyd edib ki, kitabda AVP üzvü olan və Azərbaycanın ayrı-ayrı bölgələrində yaşayan 29 qələm sahibinin ədəbi yazıları toplanmışdır və bu nəşr anavətənçilərin əyani birlik nümunəsidir.
Sonra nəşrin redaktoru, AVP İsmayıllı rayon təşkilatının sədri, şair Şahməmməd Dağlaroğlu, AVP Təşkilat Şöbəsinin müdiri və nəşrin tətribatçısı Azər Quluzadə çıxış edərək toplunun ərsəyə gəlməsi, yazıların toplanması və digər işlər barədə məlumat verdilər.
Sonda “Ana Vətənlə döyünən ürəklər” adlı şeirlər kitabı yazı müəlliflərinə təqdim olundu.
Bolgexeber.com


Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 25-06-2025, 21:57 : Tərtərdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissədə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 5-07-2025, 17:59 : İstanbulda zəlzələ oldu
Dünya / Xəbərlər
- 23-06-2025, 12:56 : “Konstitusiya və Suverenlik ili - 2025”: Tərtərdə 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 24-06-2025, 15:21 : Aktrisa Pərvinə ağır zərbə
Şou-Biznes / Xəbərlər
- 19-06-2025, 14:51 : Azərbaycanda ən çox hansı müğənnilər qazanır?
Şou-Biznes / Xəbərlər
- 23-06-2025, 17:59 : Məşhur futbolçu karyerasını bitirdi
İdman / Xəbərlər
- 20-06-2025, 15:34 : Məşhur aktyor həyatını itirdi
Şou-Biznes / Xəbərlər
- 25-06-2025, 10:49 : "Qarabağ"ın futbolçuları Şuşada
İdman / Xəbərlər