Nardaranda rəmzi 40 mərasimi keçirilir
2-12-2015, 15:19
Oxunub: 4 201
Kərbəlada şəhid olan imamların rəmzi 40 mərasimi münasibətilə Nardaranda mərasim keçirilir
APA-nın Nardaranda olan əməkdaşının verdiyi məlumata görə, qəsəbə Daxili Qoşunların və xüsusi təyinatlı polis əməkdaşlarının nəzarətindədir. Qəsəbəyə giriş ancaq Nardaran sakinləri üçün açıqdır. Digər yerlərdən gələnlər isə qəsəbəyə buraxılmırlar.
Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimov bildirib ki, polis kənd camaatının mərasimə qatılmasına mane olmur: "Biz mərasimimizi keçiririk. Qəsəbəyə kənardan heç kim gəlməyib. Mərasim günorta namazınadək davam edəcək".
Onu da qeyd edək ki, Nardaran qəsəbəsində radikal dini şüarlar, plakatlar və qara bayraqlar dünən yığışdırılıb. Hazırda Nardaran-Maştağa yolunun üstündəki radikal şüarlar və qara bayraqlar da sökülür.
Saytın əməkdaşı xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də bu gün səhər Nardaran qəsəbəsinə gəlib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər