BolgeXeber.Com » Ölkə » Rektordan ağılasığmaz qərar- Ədalət Muradov qiyabi tələbələri dərsə buraxmır

Rektordan ağılasığmaz qərar- Ədalət Muradov qiyabi tələbələri dərsə buraxmır

8-12-2015, 16:38
Oxunub: 3 533 Rektordan ağılasığmaz qərar- Ədalət Muradov qiyabi tələbələri dərsə buraxmırƏdalət Muradovun İqtisad Universitetinə təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib

ADİU-ya xarici universitetlərdən bir tələbənin köçürülməsi 30 min manata, Azərbaycanın digər ali məktəblərindən isə 20 min manata başa gəlir.

Azərbaycan Dövlət İqtisad Universitetində qiyabi tələbələrin başına oyun açılır. Vizual.az-a daxil olan məlumata görə, rektoru Ədalət Muradov universitetin II korpusunda qiyabi tələbələrini dərsə buraxmır.

Rektor boş otaqlar qalmadığını əsas gətirərək tələbələri dərs keçmələri üçün Həsən Əliyev 108 ünvanında yerləşən 20 saylı rezerv məktəbə göndərir. Bu da böyük narazılığa səbəb olub.

Həftələrdir yollarda qalan tələbələr Təhsil Nazirliyinə şikayət etmək niyyətindədir. Ə.Muradovun məktəb direktoruna bu yaxşılığı qarşılığında müəyyən miqdarda bəxşiş də verdiyi iddia olunur.

Məlumatda deyilir ki, distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Gəray Musayev 2-3 əlaltıları ilə bu işlərə nəzarət edir, dərsə davamiyyəti yoxlayır.

Bildirək ki, yeni rektor təyinatından sonra Azərbaycan Dövlət İqtisad Universiteti yenə çalxalanır. İndi ali məktəbdə iqtisadi korrupsiya dalğası canlanıb.

Bu da rektor Ədalət Muradovun sayəsində baş tutub. Rəhbərlik özünü müasir və rüşvətə qarşı mübarizə aparan qüvvə kimi təqdim edə bilməyib. Əksinə, bu ali məktəbi daha betər günə salıb.

Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə artıb.

Əldə etdiyimiz informasiyada bildirilir ki, hazırda ADİU-ya xarici universitetlərdən bir tələbənin köçürülməsi 30 min manata, Azərbaycanın digər ali məktəblərindən isə 20 min manata başa gəlir.

Amma o da həqiqətdir ki, ADİU-də rüşvət yığılmasına hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır. Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür.