"Qaz pulunu vermişik, təkrar istəyirlər"
15-12-2015, 09:42
Oxunub: 3 984
Hüquqşünas Famil Quliyev qazpulunu ödəməyə dair əlində qəbzi olan abonentlərə məhkəməyə üz tutmağı tövsiyə edir
“Qaz pulunu ödəsək də, rəsmiləşdirməyiblər. İndi bizdən təkrar qazpulu tələb edirlər”. Bunu "Azadlıq Radiosu"na Saatlı sakini Emin Mehdiyev deyib.
Onun sözlərinə görə, təkrar qazpulu yığımı sakinlərin narazılığına səbəb olub. Sakin deyir, dekabrın 11-də səhər saatlarından evlərə verilən mavi yanacaq dayandırılıb. Abonentlər narazılıqlarını bildirmək üçün yerli icra hakimiyyətinin binası qarşısına da toplaşıblar.
Başqa sakin Fazil Muradov söyləyir, bütün ünvanlar sayğaclaşdırılıb, buna baxmayaraq, abonentlər yenə də problemlər yaşamaqdadırlar: “Qazpulunu ödəmişik, ancaq tez-tez qazı kəsirlər. Ödənişlərə dair möhürlü qəbzləri də Qaz İstismar İdarəsinə təqdim etmişik, deyirlər ki, “ödənişlər kompüterə oturmayıb”. Qaz İstismar İdarəsinin rəisi yeni təyin olunub. Deyir, “mənlik deyil. Mənə qədər kim necə işləyib, mən cavabdeh deyiləm. Bildiyim odur ki, ödənişləriniz kompüter sistemində görünmür”. Bir sözlə, bizi incidirlər”.
Sakinlər idarə rəisindən müsbət cavab ala bilməyib yerli icra hakimiyyətinə üz tutublar. İcra hakimiyyətindən bildirilib ki, sakinlər məsələni elə qaz idarəsi ilə aydınlaşdırsınlar.
Saatlı rayon Qaz İdarəsindən bildiriblər ki, məsələ araşdırılıb. Qazpulunu ödəməyən abonentlərin qazı kəsilib.
Hüquqşünas Famil Quliyev qazpulunu ödəməyə dair əlində qəbzi olan abonentlərə məhkəməyə üz tutmağı tövsiyə edir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər