BolgeXeber.Com » Ölkə » Səlim Müslümovun işçisinə TOPAZ və BAR ittihamı

Səlim Müslümovun işçisinə TOPAZ və BAR ittihamı

15-12-2015, 20:02
Oxunub: 5 239 Səlim Müslümovun işçisinə TOPAZ və BAR ittihamıNahid Şəmşirov haqda iddialar

Dünyanın hər bir ölkəsində işsiz qalan vətəndaşa dövlət təərfindən müəyyən bir vaxta qədər köməklik göstərilir.

Azərbaycanada işsiz qalan vəətndaşlarımıza yardım göstərən bir qurum var.Adınada Dövlət Məşğulluq Xidməti deyilir. Dövlət Məşğulluq Xidmətinin iş prinsipi isə işindən azad olunan, çıxan şəxsləri işlə təmin etmək yaxud işsiz qaldığı müddətdə ona maddi yardım göstərməkdən ibarətdir. «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanunu yalnız quru kağız üzərindədir.Çünki ölkədə işsiz vətəndaşların sayını heç bir rəsmi orqan bilmir. Dövlət Məşğulluq Xidməti isə büdcədən ayrılan vəsaitləri müxtəlif işsizlərin adına yazdırmaqla mənimsəyir.

Cumhuriyyət.az-ın elektron poçtuna daxil olan məlumata görə Dövlət Məşğulluq Xidmətinin Nərimanov rayon şöbəsinin müdir əvəzi Nahid Şəmşirov işsizlərin adından hər ay özünə yaxşı qazanc əldə edir. Bildirək ki, Nahid Şəmşirov Dövlət Dəmir Yolları ASC sədri Cavid Qurbanovun əmisi oğlu olduğu bildirilir.


Bir vaxtlar “Aşıq Şəmşir Məədniyyət Ocağının” sədri, sonra isə Masallı rayon DSMF müdiri işləyən bu şəxs haqqında mətbuatda çoxlu sayda qalmaqallı məlumatlar dərc olunub. Özünün korrupsiya, qumar oyunları və kef məclisləri ilə həmişə gündəmə gələn Nahid Şəmşirov sonda Masallı DSMF müdiri vəzifəsindən çıxarılaraq Sumqayıt şəhər Məşğulluq idarəinə şöbə müdiri təyinatı aldı. Lakin Sumqayıtda ciddi bir naliyyət əldə edə bilməyən Şəmşirov daha sonra qohumlarının köməkliyi ilə Bakı şəhər Nərimanov rayon Məşğulluq İdarəsinə müdir əvəzi təyin olundu.

Saytımıza məlumat göndərən şəxs bildirir ki, müdir əvəzi təyin olunan kimi Nahid Şəmşirlinin ilik işi katibəsini dəyişmək oldu. Belə ki, onunla yaxın olan bir xanımı özünə katibə və köməkçi gətirdi. İndi Məşğulluq İdarəsində Nahid Şəmşirli olmayanda onun kreslosunda bu xanım oturur. Məlumatda qeyd olunur ki, Nahid Şəmşov tanışlarının dəstəyi ilə Nərimanov yaşayan yüzlərlə işsiz şəxsi Məşğulluq İdarəsində siyahıya salaraq dövlət tərəfindən onlara müavinat verilməsini təşkil edib. Şəmşirov siyahıya aldırdığı yüzlərlə işsizə verilən müavinatı özünə götürür.
Səlim Müslümovun işçisinə TOPAZ və BAR ittihamı
Hər ay dövlət büdcəsindən işsizlərə ayrılan müavinat pulundan müdir əvəzi yaxşı qazanc əldə etdiyi deyilir. Əgər bu belə olmasaydı Nahid Şəmşirov köhnə peşəsi futbol qumarından, kef məclislərindən qalardı.Ancaq demək olar ki, Şəmşirov hər həftə dostları ilə birlikdə barlarda əylənir, daha sonra isə TOPAZ-da futbol kuponları yazır. Mənbəmiz bildirir ki, Şəmşirovun əsas əyləncəsi həftədə bir dəfə gecə klublarından birində səhərə kimi vaxt geçirməkdir. Dövlət tərəfindən işsiz vətəndaşlara verilən vəsaitlər Şəmşirovun bar və TOPAZ əyləncələrinə xərclənir.

Məlumatın sonunda deyilir ki, dövlət Məşğulluq Xidməti Nərimanov rayon Məşğulluq şöbəsini yoxlasa o zaman N.Şəmşirovun saxta işsizləri ortaya çıxacaq.
Bolgexeber.com