BolgeXeber.Com » Ölkə » Akif Çovdarov da atasına heykəl qoydurubmuş - FOTOLAR

Akif Çovdarov da atasına heykəl qoydurubmuş - FOTOLAR

15-12-2015, 16:22
Oxunub: 6 103 Akif Çovdarov da atasına heykəl qoydurubmuş - FOTOLARTeymurxan Çovdarov 8 il öncə, 1995-ci ildə dünyasını dəyişib

“AzərTac” İnformasiya Agentliyində 24.10.2003 tarixində “PEDAQOQUN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLMİŞDİR” başlığı ilə maraqlı yazı dəırc olunur. Sözügedən yazıda bildirilir ki, Marneuli rayonundakı Alqet 1 nömrəli orta məktəbin 100 yaşı tamam olub.
Borçalının qabaqcıl təhsil ocaqlarından biri olan bu məktəbə təxminən 30 il Gürcüstanın əməkdar müəllimi Teymurxan Çovdarov rəhbərlik edib. Ümumiyyətlə, o, 70 illik ömrünün 40 ildən çoxunu məhz bu məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub.
Teymurxan Çovdarov 8 il öncə, 1995-ci ildə dünyasını dəyişib. Qədirbilən pedaqoji kollektiv və kənd camaatı onun xatirəsini əbədiləşdiriblər. Həmin məktəbə Teymurxan Çovdarovun adı verilmiş, burada onun büstü qoyulub.
Bununla əlaqədar keçirilən təntənəli mərasimin iştirakçıları ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş bu təhsil fədaisinin xatirəsinin əbəbiləşdirilməsinə görə Alqet kənd Məclisinin, rayon İcra Hakimiyyətinin, Kvemo Kartli – Borçalı bölgəsinin rəhbərliyinə minnətdarlığını bildiriblər.
T.Çovdarovun oğlu, polis vitse-polkovniki Akif Çovdarov atasının xidmətini belə yüksək qiymətləndirdiklərinə görə rayon və bölgə rəhbərliyinə, eloğlularına təşəkkür edib”.
XəzərNews.az saytı sözü gedən məktəbdə ucaldılan büstün foto şəkillərini əldə edib. Şəkildə də görünür ki, Akif Çovdarovun atasının adına olan məktəbdə ucaldılan heykəl bağ-bağatlı formada saxlanılır.
Qeyd edək ki, Teymurxan Çovdarov 1925-ci ildə Marneuli rayonunun Alget kəndində anadan olub. Sonra kimya-biologiya müəllim olur və 1941-ci ildən müəllim kimi əmək fəaliyyətinə başlayır. 1945-ci ildə onun iş yeri dəyişdirilir, kadr qıtlığına görə onu Əzizkənd 8 illik məktəbinə müəllim göndərdilər.
1950-1952-ci illərdə isə Marneulidə müəllimlik fəaliyyətini davam etdirdi. O, rayonda işləməklə eyni vaxtda Rayon Xalq Maarif Şöbəsinin pedaqoji kabinetinə rəhbərlik edib.
1952-ci tədris ilindən onun iş yeri yenə də dəyişdirilir. Gorarxı 8 illik məktəbinə direktor təyin edirlər. Məktəb orta məktəbə çevrildikdən sonra da direktorluq fəaliyyətini davam etdirir.
O, yaxşı işinə görə 1951-ci ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunub, 1959-cu ilin sentyabr ayında Gürcüstan Respublikasının Maarif Nazirliyi onu “Xalq təhsili əlaçısı” döş nişanına layiq görüb.
1968-ci ildə isə “Fəxri fərman”la təltif olunub. Bir il sonra, yəni 1969-cu ildə Gürcüstan Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Teymurxan Süleyman oğlu Çovdarov Gürcüstanın “Əməkdar müəllim”i fəxri adını daşımağa layiq görülür. T. Çovdarov 1975-ci ildə Alget ixtisaslaşdırılmış sovxozuna direktor təyin edilir. O, bu vəzifədə 1978-ci ilin sonunadək işləyir və səhhətinə görə öz ərizəsi ilə işdən azad edilir. 1995-ci ildə, 70 yaşında dünyasını dəyişib. Onun altı övladı – iki oğul, dörd qız var. Qızları Qənirə, Qəribə, Fəridə və Rahilə müəllimədirlər. Akif Çovdarovun qardaşı Asif isə bizneslə məşğuldur./ xezernews.az/
Akif Çovdarov da atasına heykəl qoydurubmuş - FOTOLAR
Akif Çovdarov da atasına heykəl qoydurubmuş - FOTOLAR
Akif Çovdarov da atasına heykəl qoydurubmuş - FOTOLAR
Akif Çovdarov da atasına heykəl qoydurubmuş - FOTOLAR