Bakıdakı məhşur brend mağazanın fırıldağı üzə çıxdı - FOTO
16-12-2015, 12:09
Oxunub: 7 575
Bakıda alıcı məhşur brend mağazanın fırıldağının üstünü açıb
Bakıda alıcı məhşur brend mağazanın fırıldağının üstünü açıb. Oxucu Criminal.az-a bildirib ki, Yasamal rayonu, İnşaatçılar prospektində ''Poppy gallery'' mağazası yerləşir. Həmin mağazada yalançı endirimlərlə alıcıları aldadırlar.
Şikayətçi yazır ki, fırıldağın üstünü bu gün mağazada endirim kampaniyası başladığını bilib ora daxil olanda anlayıb. Sentyabr ayında həmin mağazada 182 manata satılan qolsuz dəri gödəkçə almaq istəyib. Lakin qiymətinə görə fikrindən daşınıb. Bu gün mağazada 50 faiz endirim görərək ora daxil olub və həmin gödəkçəni yarı qiymətinə alacağını düşünüb. Gördüyü mənzərədən sonra insanların aldadırlmasının şahidi olub. Həmin gödəkçənin üzərində də 50 faiz endimim yazılsa da, qiymət elə 182 manat olub. Fərq yalnız həmin qiymətin yanında üzərindən xətt çəkilmiş 364 manat yazılmasında olub.

Oxucu qeyd edir ki, endirimi alıcıları aldamaq üçün edirlər. Həmin gödəkçənin 182 manat olduğuna əmindir. Aldatmaq üçün malın dəyərini yalandan artırıb sonra 50 faiz endirim adı ilə insanlara sırıyırlar.
Məsələ ilə mağazadan bildirilli ki, həmin gödəkçə sentyabr-oktyabr ayında, mövsümün əvvəlində də 50 faiz endirimdə olub. Sonra həmin endrim götürülüb. Bir neçə gün əvvəl yenidən 50 faiz endirimə düşüb.
Sonda şikayətçi əlavə edib ki, mağazada şəkilləri çəkəndə endrim kampaniyasını göstərən elanlar silinirdi. O məntiqlə bu gündən həmin gödəkçənin qiyməti yenidən 364 manat olacaq. Şikayətçi bu haqda saytımızı məlumatlandıracağını söz verib.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər