BolgeXeber.Com » Ölkə » KVN-çilərə polislərlə bağlı bu kadrlara görə - Qadağa qoyuldu +Video

KVN-çilərə polislərlə bağlı bu kadrlara görə - Qadağa qoyuldu +Video

16-12-2015, 15:34
Oxunub: 1 773 KVN-çilərə polislərlə bağlı bu kadrlara görə - Qadağa qoyuldu +VideoÖtən gün Tahir İmanovla həmkarlarının oxu.az saytına verdiyi müsahibə ölkə mətbuatında və sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub

“Qafqazinfo” xəbər verir ki, müsahibədə “Parni iz Baku” komandasının üzvləri-Azər Məmmədzadə, Bəhram Bağırzadə və Cabir İmanovun da fikirləri öz əksini tapıb.

Komanda üzvləri kanal rəhbərlərinin onlara qadağa qoyduğunu, hətta bir neçə konsertlərinin efirdə yayımına icazə vermədiklərini qeyd edib.

Tahir İmanov polislərlə bağlı kadrların daha çox “Gülüş yığması” layihəsinin “Hit-parad” rubrikasında olduğunu vurğulayıb.

KVN-çi bildirib ki, “Space” telekanalının rəhbəri Vaqif Mustafayev başda olmaqla kanalın digər rəhbər şəxsləri onu görüşə dəvət edib və “polisləri tənqid etmək olmaz” cavabını veriblər.

Məşhur aktyorla ATV-də də eyni problemlə üzləşdiklərini əlavə ediblər. Hətta onlara “Polisi, Vergilər Nazirliyini, Gömrük Komitəsini və FHN-ni tənqid etmək olmaz” xəbərdarlığını ediblər.

Bu məqamda Bolgexeber.com polislərin tənqid olunduğu səhnələrdən bəzilərini təqdim edir: