ADNSU-da tələbələrin 80 faizini imtahandan kəsiblər-NARAZILIQ
9-01-2016, 15:42
Oxunub: 3 939
Bir zamanlar «AZİ» kimi ad çıxarmış, daha sonra məlum terror hadisəsindən sonra ADNA kimi hər kəsin yadında qalan Neft Akademiyası adını dəyişsə də, mahiyyətini dəyişməyib
JAM.AZ xəbər verir ki, bunu bir qrup valideyn adından yazan Üavər Cabbarov qeyd edir.
Şikayətçi bildirir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitində qış imtahan sessiyası zamanı bir sıra haqsızlıqlar qeydə alınıb. Belə ki, imtahanlara daxil olan tələbələrin 80 faizi kəsilib. «Müəllimlər özləri etiraf edir ki, mövcud vəziyyətlə bağlı, büdcədəki pul çatımazlığını önləmək üçün yuxarıların sifarişi ilə tələbələrin kütləvi surətdə imtahandan kəsilməsinə start verilib. Biz kasıb vətəndaşlar olan-qalan pullarımızı toplayıb, borc-xərc edib övladlarımızın təhsil almaları üçün dəridən-qabıqdan çıxırıq. Lakin ovladlarımıza qarşı bu cür haqsızlıqlar edilir. Bir ali məktəbdə tələbələr kütləvi qaydada imtahandan kəsilməsi o deməkdir ki, ya müəllim dərs proqramını tədris etmir, ya da bu iş sifariş əsasında edilir».
Yavər Cabbarov yazır ki, qaydalara əsasən bir fəndən kəsri olan tələbə növbəti imatan sessiyasına kimi təqüddən məhrum edilir. «Üüstəlik həmin fənnin təkrar keçilməsi üçün tələbə ali məktəbin hesabına 170 manata qədər ödəniş etməlidir. Digər ali məktəblərdə bunun üçün müəyyən kredit limiti mövcuddur. Lakin ADNSU-də belə qayda yoxdur».
Qeyd edək ki, ADNSU yaradıldıqda onun rəhbərliyinə Mustafa Babanlı gətirildi. JAM.AZ bildirir ki, Texniki Universitetdə prorektor çalışan Babanlı rektor təyinatı aldıqdan sonra ADNSU-da test üsulu ilə imtahanların götürüləcəyini vəd edib. Y.Cabbarov yazır: «Amma vədinə əməl etmədi. Halbuki Azərbaycan Texniki Universitetində prorektor işlədiyi zamanda test üsulunun ilk dəfə tətbiqi məhz Musatafa Babanlı tərəfindən təklif edilib. Amma indi bu mövzudan qaçır».
Valideynlərin adından yazan sözügedən şəxs onu da vurğulayır ki, əgər bir ali məktəbdə tələbələr kütləvi qaydada imtanahdan keçə bilmirlərsə, demək, o ali təhsil ocağını bağlamaq lazımdır. «Övladlarımıza qarşı edilən bu haqsızlıqlar tələbələr arasında kütləvi narazılıq yaratmaq məqsədi üçün atılan addım olması da istisa deyil».
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər