BolgeXeber.Com » Ölkə » Gəncədə valyutadəyişmə məntəqələri bağlandı, lisenziyalar geri alındı

Gəncədə valyutadəyişmə məntəqələri bağlandı, lisenziyalar geri alındı

11-01-2016, 16:07
Oxunub: 3 512  Gəncədə valyutadəyişmə məntəqələri bağlandı, lisenziyalar geri alındıAzərbaycanın ikinci şəhəri Gəncədə bütün valyitadəyişmə məntəqələrinin fəaliyyəti bu gündən dayandırılıb

Bu barədə məlumatı Musavat.com-a şəhərdə valyitadəyişmə fəaliyyəti ilə məşğul olan şəxslər veriblər.

Məlumata görə, bu səhər Mərkəzi Bankın yerli idarəsinin əməkdaşları valyutadəyişmə məntəqələrinə əvvəllər verilmiş lisenziyaları geri alıblar və onlara bu fəaliyyətlə məşğul olmaq rəsmən qadağan edilib. Bildirilib ki, valyutadəyişmə fəaliyyəti ilə yalnız bank şöbə və filialları məşğul ola bilərlər.

Qeyd edək ki, Gəncədə valyutadəyişmə məntəqələrinin sayı 20-dən artıq idi.
Bolgexeber.com