Aldıqları pulları MSK-dan gizlədən partiyalar cəzalandırılacaq
27-02-2016, 12:40
Oxunub: 1 120
Azərbaycanda aldıqları ianələrin məbləği və mənbəyi barədə Mərkəzi Seçki Komissiyasına məlumat verməyən siyasi partiyaların cəzalandırılması təklif olunur
Qaynar.info bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulur.
Məcəllənin hazırda qüvvədə olan 247-4-cü (İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi) maddəsinə təklif edilən dəyişikliyə görə, siyasi partiya tərəfindən qəbul edilmiş ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumat Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatına daxil edilmədiyi halda qeyd olunan maddədə göstərilən cərimələr bu hala da şamil ediləcək.
Maddə 247-4-un cəriməsi isə vəzifəli şəxslər üçün 1 500 manatdan 3 000 manata qədər, hüquqi şəxslər üçün isə 5 000 manatdan 8 000 manata qədərdir.
Layihə Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər