BolgeXeber.Com » Ölkə » Xəzər rayonunda İqtisadçılar İttifaqının hansı üzvlərinə torpaq ayrılıb?
Xəzər rayonunda İqtisadçılar İttifaqının hansı üzvlərinə torpaq ayrılıb?
12-03-2016, 10:45
Oxunub: 3 875
Bu torpaq sahəsi doğrudan da ayrılıbmı?
“Azərbaycan İqtisadçılar İttifaqının (Aİİ) bəzi üzvlərinə Xəzər rayon icra hakimiyyəti tərəfindən Zirə qəsəbəsində 2 hektara yaxın torpaq sahəsi ayrılıb”. Bu barədə Qafqaznews.az-ın redaksiyasına mürəciət edən Aİİ üzvlərindən biri bildirib. Məlumat üçün bildirək ki, həmin ittifaqa Ziya Səmədzadə başçılıq edib. Redaksiyamıza müraciət edən şəxs bizimlə söhbət zamanı bildirdi ki, Ziya Səmədzadə “İqtisadiyyat” qəzetinə rəhbərlik etdiyi vaxtda savadlı üzvlərin potensialından istifadə edib, deputat seçiləndən sonra isə bəzi fəal üzvlərlə əlaqəni kəsib. “Bu günlərdə ittifaqın bir qrup üzvləri ilə görüşdüm və onlardan bir neçəsi mənə bildirdilər ki, dövlət rüsumu keçirməklə 30-a yaxın ittifaq üzvünə Xəzər rayonunda bağ sahəsi ayırıblar”, – deyə ittifaq üzvü qeyd edib.

Bu torpaq sahəsi doğrudan da ayrılıbmı? Əgər ayrılıbsa, hansı əsasla və kimlərə ayrılıb? Bunu müəyyən etmək üçün Aİİ ilə əlaqə saxlamağa çalışdıq, lakin Z.Səmədzadənin oğlu, ittifaqın hazırkı sədri Elşad Səmədzadənin yerində olmadığını öyrəndik. Aİİ ilə eyni binada yerləşən “İqtisadiyyat” qəzetində baş redaktor müavini Yeganə xanım bildirdi ki, ittifaq rəhbərliyi quruma az-az gəlir, çox güman ki, gələn həftə olarlar. O, kimlərəsə torpaq verilməsi barədə məlumata malik olmadığını dedi.
Z.Səmədzadə mobil telefonuna cavab vermədi, onun köməkçisi Təranə xanım isə bu məsələ ilə bağlı danışa bilməyəcəyini deyərək bizə ittifaqla əlaqə saxlamağı təklif etdi. Biz Təranə xanımdan məsələni araşdırmağı xahiş etsək də, qarşı tərəf “bizə kömək edə bilməyəcəyini” dedi. Xəzər RİH başçısının köməkçisi Hikmət İslamov bildirdi ki, belə bir şey olmayıb, amma hər ehtimala qarşı, bizi təsərrüfat şöbəsinin müdiri Elşən Salahovla danışmağı tövsiyə etdi.
Elşən Salahov isə 2000-ci ildən sonra RİH-dən torpaq vermək səlahiyyəti alınıb: “Biz son illərdə belə bir təşkilata torpaq sahəsi ayırmamışıq”. Zirə qəsəbəsi bələdiyyə sədrinin müavini İbrahim Müttəlimov bildirdi ki, hazırda onların torpaq fondunda boş sahə yoxdur: “Zirədə İqtisadçılar İttifaqının torpaq sahəsinin olmasından xəbərdar deyiləm”. Mövzunu diqqətdə saxlayacağıq.
Əlavə fikirləri və iradları da dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər