BolgeXeber.Com » Ölkə » Təzə avtomobillərin qiyməti mənzil dəyərinə yaxınlaşır, lakin...- FOTOLAR
Təzə avtomobillərin qiyməti mənzil dəyərinə yaxınlaşır, lakin...- FOTOLAR
12-03-2016, 17:38
Oxunub: 5 696
Manatın dollara nisbətdə ucuzlaşması avtomobil bazarında qiymətlərin oynamasına səbəb oldu
İqtisadçılar bildirirlər ki, manatın məzənnəsindəki qeyri-sabitlik səbəbindən insanlar daşınmaz əmlak və avtomobil bazarına müraciət etməyə deyil, daha çox gözləmə mövqeyində qalmağa üstünlük verirlər. Bu faktor isə avtomobil bazarındakı qiymətlərə təsirsiz ötüşməyib.
Musavat.com-un əməkdaşı paytaxt ərazisində yerləşən bir neçə avtosalonda müşahidə edib ki, hazırda ikinci əl avtomobillərin qiymətində ucuzlaşma olsa da, təzə avtomobillər nəzərə çarpacaq dərəcədə bahalaşıb.
Avtomobil bazarları ilə müqayisədə avtosalonlarda vəziyyət başqadır. Belə ki, avtosalonlarda daha çox təzə avtomobillər olduğu üçün orada müştəriyə də, demək olar ki, rast gəlmək mümkün deyil.
Elə söhbət etdiyimiz satıcılar da bu faktı təsdiqləyərək bildirdilər ki, müştəri az olduğu üçün bir müddət qiymətləri artırmayıblar. Lakin sonradan manatın məzənnəsi onlara qiymətlərdə artım etməyə məcbur edib. Yeni gətirilən avtomobillərin qiymətindəki artım işlənmiş maşının dəyəri qədərdir...
Avtosalonlarda yeni avtomobillər manatla satılır. “Hyundai” “KİA”, “Chevrolet”in salonlarında öyrəndik ki, burada kreditlə avtomobilləri almaq mümkündür. Ancaq misal üçün, 2015-ci il “KİA rio” avtomobilini təchizatından asılı olaraq 16.700, 19.000, 20.000 və 21.500 AZN-ə almaq olar. Bu modellərin qiymətində artım var və növbəti aylarda da artım olacağı gözlənilir. Avtomobili kreditlə almaq üçün qiymətin yarısını, yəni 10.500 AZN ilkin ödəniş etmək lazımdır. Bu qiymətlə də çox az müştəri razılaşır. Eyni zamanda öyrəndik ki, bəhs etdiyimiz modelin qiyməti 35.000 AZN-ə qədər bahalaşa bilər.
Digər avtomobil salonlarında da eyni hal yaşanır. “Chevrolet cruze”un qiyməti qalxaraq hazırda 26.000 manat olub. Eləcə də “Hyundai” avtomobil şirkətinin sonuncu modeli olan “Elantra” müştərilərə 39.500 manata təklif edilir. Halbuki bu model şirkətin nisbətən ucuz avtomobillərindən hesab olunurdu. Hazırda isə kifayət qədər bahalaşıb. Qiymət artımın digər modellərdə olacağı istisna edilmir.
Yuxarıda da qeyd etdiyimiz kimi, təzə modellərdən fərqli olaraq, ikinci əl avtomobillərin qiymətində kəskin ucuzlaşma müşahidə olunur. Yuxarıda sadaladığımız modellərin işlənmişini, hazırda hətta təzəsinin qiymətindən üç dəfəyə qədər ucuz almaq mümkündür.
Bəs bazardakı bu cür qiymət tendensiyasının sonu nə olacaq?
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a bildirib ki, köhnə avtomobillərin qiyməti ucuzlaşsa da hələ bazarda tam dib həddə çatdığını söyləmək olmaz:
“Təzə avtomobillərin qiymətinin üzərinə sadəcə olaraq manatın iki dəfə devalvasiyasından sonra dollarla nisbətdəki fərq gəlib. Buna görə də bahalaşmanın bu qədər olması gözlənilən idi. Dollarla avtomobilin qiyməti dəyişməyib.
Eyni zamanda Azərbaycanda gömrük xərclərinin də yüksək olması, bu avtomobillərin qiymətinin bahalaşmasına səbəb olan amillərdəndir. Köhnə avtomobillərin isə ucuzlaşma səbəbi ölkədəki mövcud iqtisadi durum, insanların gəlirlərinin aşağı düşməsidir. Bu da bazarda qiymətlərin ucuzlaşmasına səbəb olur. Lakin hələ də avtomobilllərin tam ucuzlaşaraq son həddə çatmasını söyləmək olmaz. Avtomobil bazarını monitorinq edən zaman görürük ki, hələ də bazarda eyni ilin avtomobili bəzən 4-5 min manat fərqlə satılır. Bu isə bazarın hələ tam yerini tapmadığını göstərir. Hesab edirəm ki, işlənmiş maşınların qiyməti hələ bundan sonra da ucuzlaşmaqda davam edəcək”.






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər