BolgeXeber.Com » Ölkə » “Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub - FOTO

“Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub - FOTO

14-03-2016, 09:35
Oxunub: 4 549 “Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub - FOTORabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub

Bolgexeber.com Apa-ya istinadən xəbər verir ki, Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə gətirilib.

Qeyd edək ki, S. Paşayev buna qədər “Rcom” şirkətinin baş direktoru vəzifəsini tutub.

Xatırladaq ki, bu təyinata qədər “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov olub. M. Məmmədov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən “Aztelekom”un baş mühasibi Oqtay Rüstəmov də saxlanılıb.
“Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub - FOTO