BolgeXeber.Com » Ölkə » Bakının "qumar kralları"... - 4-cü yazı...

Bakının "qumar kralları"... - 4-cü yazı...

15-03-2016, 11:58
Oxunub: 3 805 Bakının "qumar kralları"... - 4-cü yazı...Ötən günlərdə Bakıda qumarxanaların artdığı və bu işlərin arxasında xeyli sayda adamların dayandığı barədə məlumat vermişdik

JAM.AZ-ın bununla bağlı apardığı araşdırması zamanı üzə çıxan əsas adlar Arzuman Muradlı, «Yeraz» ləqəbli Mehman, habelə Sənan, Süleyman və digərləri olub. Amma qumar biznesində olanlar arasında yeni -yeni adlar da var və onlar bütün rayonları öz aralarında bölüşdürüblər.

Bakıdan sonra qumarxanaların ən çox yayıldığı şəhər Sumqayıtdır. Bu şəhərdə 40-dan çox lotoxana və kazino fəaliyyət göstərir. Bu qədər çox olmasına baxmayaraq, onların yalnız bir idarə edəni var. Düzdür, həmin idarə edənin özü də kimlərsə şərikdir.

Qeyd edək ki, Sumqayıtdakı qumarxanalırın rəhbəri Ordubadlı Vüqar adlı şəxsdir. Bu işlərdən yetrəli qədər xəbəri olan və bacarıqlı biri kimi təqdim edilən Vüqar, yenə də həmin işləri təkbaşına həyata keçirmir.Məlumata görə, şəhərdəki qumarxanaların maliyyə və təşkilatçılıq işlərinə şərik olanlardan biri Arzuman Muradlı, digəri isə «Yeraz» Mehmandır.

Bu məşhur şəxslər Ordubadlı Vüqarla anlaşma əldə ediblər. Həmin anlaşmaya əsasən polis və digər problemləri Muradlı və Mehman həll etməli, digər işlərə isə Vüqar baxmalıdır. Amma ortada başqa bir razılaşma da var. Həmin razılaşmaya əsasən Vüqar Bakıya gəlib, buradakı qumarxanaları yoxlaya bilməz. Eyniylə, Arzuman və Mehman da həmin addımı atmaq səlahiyyətinə malik deyillər. Yəni, onlar da Sumqayıtda yoxlama apara bilməzlər.

Ordubadlı Vüqarın gündəlik dövriyyəsi xalis gəlir olaraq, 20-30 min manat arasında dəyişir. Sumqayıtın Bakı qədər rentabelli olmaması səbəbindən belə kiçik rəqəmlər ortaya çıxır. Halbuki Bakıda bir gecədə təkcə 28 Maydakı kazinoda 30-40 minlik bir dövriyyə mövcuddur.

Amma qumar biznesində başqa bir Vüqar daha var. O, Ordubadlıdan fərqli olaraq, bütün işlərini Bakıda qurub. Mehman və Arzumandan heç də zəif fiqur olaraq tanınmır. Yaxşı əlaqələri və imkanları var. Üstəlik, Ağdamlı olan Vüqar, həm də qazandığını qumara qoyan biridir.

Ağdamlı Vüqar Bakıdakı kazino və lotoxanalarında əldə etdiyi pulları özünün obyektində qətiyyən oynayaraq, uduzmur. Əksinə, o, öz obyektlərindən əldə etdiyi pulları Arzuman və ya Mehmanın qumarxanalarında oynayaraq, sərf edir. Bəzi məlumatlara görə, Ağdamlı Vüqar həftədə bir dəfə qumar oynayır və o zaman 15 min manata qədər pul uduza bilər. Həmin məbləğdən çox uduzmaq risqi yaranan kimi, onun oyundan çıxdığı vurğulanır.

Xatırladaq ki, ötən günlərdə Bakıdakı qumarxanaların himayəçiləri arasında polisdə işləyənlərin də adı çəkilmişdi. Həmin şəxs Dəmir Yolu Polisində cinayət-axtarış şöbəsinin rəisi Fərid Mirələmov Arzuman Muradlı və Mehmana himayədarlıq edir. Deputat Hüseynbala Mirələmovun oğlu olan bu şəxsin adımının belə çirkin işlərə qatılması inandırıcı görünməsə də, gələn məlumatların çoxluğundan şübhələnmək üçün əsaslar yaranır.

Araşdırmamız davam edir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.