Sabirabad təhsilində rəzalət - ŞİKAYƏT VAR
17-03-2016, 16:32
Oxunub: 3 884
Sabirabad rayonunda məktəb direktorları və müəllimlər bir aydan çoxdur ki, çətin vəziyyətə düşüblər
GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən bir müddət əvvəl rayonun təhsil şöbəsində və orta məktəblərində aparılan yoxlamaların nəticəsi olaraq 14 direktor işdən azad edilib. Onlardan 6 direktor yeyinti faktlarına, 8 direktor isə işdə yol verdikləri kobud səhlənkarlığa görə vəzifəsi ilə vidalaşmalı olublar. Nəticə etibarilə də Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadov işindən azad edilib.
Daxil olan məlumata əsasən bir aya yaxındır ki, rayonun təhsil şöbəsinin müdiri vəzifəsini birinci müavin Azər Quliyev icra edir. Şikayət edən direktorlar bildirir ki, təhsil şöbəsinə müdiri təyin olunmaq üçün Azər Quliyev direktorlarla danışıqlar aparır. 14 məktəbə yeni direktor təyin etdirmək üçün vədlər verir.
Onu da əlavə edək ki, Azər Quliyev də uzun illər Elman Bünyadovla bir yerdə çalışıb. Bizə müraciət edən təhsilişçiləri deyir ki, E.Bünyadovun dövründə hər hansı bir qüsur aşkar edilibsə, bundan A.Quliyevin də xəbəri olmamış deyil. Hər halda təhsil şöbəsinin müdiri işdən çıxıbsa, o zaman ortada olan üsurlara görə, birinci müavin də cavabdehlik daşımalı idi. Hansı ki, indii keçmiş müdirinin günahlarından faydalanaraq kreslo sahibi olmağa can atır…
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər