BolgeXeber.Com » Ölkə » Qorxmaz Hüseynovun işçilərindən özbaşınalıq - «Əvvəlcə suyu kəsirlər, sonra da pul tələb edirlər»

Qorxmaz Hüseynovun işçilərindən özbaşınalıq - «Əvvəlcə suyu kəsirlər, sonra da pul tələb edirlər»

15-04-2016, 19:36
Oxunub: 2 364 Qorxmaz Hüseynovun işçilərindən özbaşınalıq - «Əvvəlcə suyu kəsirlər, sonra da pul tələb edirlər»Bəlli olub ki, vətəndaşların problemləri bilərəkdən həllini tapmır

Abşeron rayonu Masazır qəsəbəsində Akim Abbasov küçəsi 8, 10, 16 ünvanlarında, həmçinin də ətraf yaşayış küçələrində içməli su verilmir. GUNDEMİNFO.AZ-a müraciət edən vətəndaşlar bildirir ki, aprel ayının 12-i gecədən etibarən Masazırın böyük bir hissəsinə isməli suyun verilməsi dayandırılıb. «Azərsu» Açıq Səhmdar Cəmiyyətinə müraciət edən vətəndaşlara bildirilb ki, magistral xətlərdə aparılan proflaktik işlər fasiləsiz içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.

İşlərin nə zaman yekunlaşması barədə vətəndaşların suallarını cavablandıran idarə əməkdaşları bildiriblər ki, aprelin 13-dən etibarən içməli suyun verilməsi bərpa ediləcək. Lakin 3 gün keçməsinə baxmayaraq boruların xətlərə qoşulması prossesi baş verməyib. Əməkdaşlarımız sakinlərin şikayəti əsasında «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin müvafiq idarəsi ilə əlaqə saxlayıblar. İdarənin 055 200 57 04 və 055 215 87 38 saylı telefonları ilə əlaqə saxlayıblar. İdarə rəhbərliyinin istifadə etdiyi bu ümumi telefonlardan sakinlərə hər 3 gün ərzində bildiriblər ki, problem texliklə həlliini tapacaq.

Daha sonra isə şikayətçi vətəndaşlar Azərsu ASC-nin Abşeron rayonu üzrə idarəsinə müraciət ediblər. Bəlli olub ki, vətəndaşların problemləri bilərəkdən həllini tapmır. Yəni yerli idarə üzrə məmurlar bütün işləri həyata keçiriblər. Dünən axşam saatlarında günlərdir ki, susuz qalan insanlar idarəyə müraciət ediblər və bəlli olub ki, magistral xətlərdən küçələrə su verilməsi üçün çox kiçik bir iş qalıb.

Bu iş dəmir borulardan plastik borulara keçid vermək üçün lazım olan materialların tapılmaması olub. Və şikayətə gələn sakinlərə Abşerondakı idarədən deyiblər ki, magistral dəmir borulardan plastik borulara keçid etmək üçün materialların alınması üçün 50 manat verməlisiniz. Əgər bu vəsaiti versəniz suyunuz cəmi 15 dəqiqə ərzində veriləcək.
Bu bir daha onu göstərir ki, Azərsu rəhbərliyi məsələ ilə bağlı insanların kütləvi şəkildə içməli suyla sınağa çəkilməsi, onların düşdüyü ağır durumdan istifadə edərək pul istənilməsi halları var.

Onu da əlavə edək ki, dünən axşam saatlarında Azərsu ASC-nin qəza xidmətinin işçiləri saat 17:00-da təmir işlərini dayandırıraq ərazini tərk ediblər. Onu da əlavə edək ki, əlimizdə olan digər sübutları da ardıcıl olaraq təqdim edəcəüyik.
Bolgexeber.com