BolgeXeber.Com » Ölkə » Lifti ölüm kabusuna çevirənlər kimlərdir? -“Lift-Təmir”dən şikayət

Lifti ölüm kabusuna çevirənlər kimlərdir? -“Lift-Təmir”dən şikayət

17-05-2016, 09:24
Oxunub: 4 744 Lifti ölüm kabusuna çevirənlər kimlərdir? -“Lift-Təmir”dən şikayətSakinlərə qara bəla kəsilən Vaqif kimdir və aidiyyatı qurumlar ondan niyə çəkinir?

Ötən il “Lift-Təmir” İstehsalat Birliyində baş verən səsli-küylü hadisələrdən, qalmaqalllı həbslərdən sonra bu qurumda bir daha qanundan kənar əməllərin olmayacağı qənaətinə gəlinsə də gözləntilər özünü doğrultmadı. Zaman onu göstərir ki, 3 idarə rəisinin qandallanması, 8 milyon vergidən yayınma, küllü miqdarda dövlət əmlakının mənimsənilməsi halları üzə çıxdıqdan sonra da qurumda özbaşınalıqlar, səhlənkarlıqlar, mənimsəmə, işçilər tərəfindən vətəndaşların aldadılması, keyfiyyətsiz xidmət davam etməkdədir.
Lifti ölüm kabusuna çevirənlər kimlərdir? -“Lift-Təmir”dən şikayət
Nərimanov rayon Zeynal Xəlil küçəsi 1929-cu binanın bir qurup sakini də “Lift-Təmir” İstehsalat Birliyindən şikayətçidirlər. Uzun müddətdir sakinlərlə idarə arasında yaranan problemə Nərimanov rayon İcra Hakimiyyəti və “Lift-Təmir” İstehsalat Birliyi müdaxilə etsə də problem həll olunmaq bilmir. Yuxarı orqanlar lift işləsin deyir, aşağılar isə tabe olmaq istəmir. Xüsusi ilə əraziyə baxan Vaqif adlı mexanikin qeyri-qnuni iradə göstərməsi, yuxarılara tabe olmaması, qanunsuz əməlləri vəziyyəti daha da gərginləşdirir. Vətəndaşlarala qanundankənar, təhdidlə danışan Vaqif istədiyi zaman lifti dayandıraraq, insanlara əziyyət etməkdən xüsusi zövq alır.
Lifti ölüm kabusuna çevirənlər-Araşdırma

3 il sakinlərin borcu necə qala bilər?

Bu ilin əvvəlindən həmin binanın II blokunda demək olar ki ,lift doğru-dürüst işləməyib. Sakinlərin hər dəfə şikayətindən sonra lift işə salınsa da, bir neçə gündən sonra Vaqif sakinlərin işdə olduğu zaman xəlvəti lifti dayandırıb və yoxa çıxıb. Liftin işləməməsi sakinlər üçün əlavə problemlər yaradıb. Xüsusilə də yaşlı insanlar və uşaqların yuxarı mərtəbələrə qalxmasında çətinliklər meydana çıxıb. Lift idarəsi sakinlərin borclu olduğunu, sakinlərin isə borclarını ödədiklərini, son bir neçə ayın isə qalan borcunu ödəməyə hazır olduqlarını deyirlər. Mexanik isə iki nəfər sakinin 3 illik borcu olduğunu və borcun hamısını ödəməyənə qədər lifti işlətməyəcəyini bildirir. 3 illik borclu olduğu iddia olunan sakinlər isə deyilənləri təkzib edirlər, liftdən istifadə etdikləri müddətdə ödəniş etdiklərini, onlardan artıq pul alındığı və müqabilində qəbz verilmədiyini, eyni zamanda xidmətin keyfiyyətsiz olduğunu, lifdən doğru-düzgün istifadə etmədiklərini bildirirlər.
Eyni problemlə üzləşdiyim üçün kiçicik bir araşdırmadan sonra bəzi mətləblər, maraqlı məqamlar və idarənin vətəndaşlara qarşı etdiyi qanunsuzluqlar üzə çıxdı.
Maraqlıdır görəsən hər 3 aydan bir hesabat verən bir idarədə necə olub ki, 3 il müddətində vətəndaşdan pul alınmayıb? Vətəndaş borclu qalıbsa hansı səbəbdən idarə ondan borcu alması üçün hüquqa müraciət etməyib.

Sakinlərə qara bəla kəsilən Vaqif kimdir və aidiyyatı qurumlar ondan niyə çəkinir?

Vaqifi cəmisi bir dəfə sakinlərlə söhbət edərkən görmüşəm.Üzərində cinayət məsuliyyəti olan bu adam danışıqlarında və hərəkətlərində psixoloji durumu yerində olmayan biri təsüratını bağışlayır. Əvvəllər də cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məlumatlar var. Deyilənə görə Lift idarəsinin işçiləri ondan çəkinirlər. İdarə ilə telfonla əlaqə saxladığımız zaman lift idarəsində özünü direktor müavini Yelena kimi təqdim edən xanım , “ mən Vaqifə zəng edib lifti işə salmasını deyə bilmərəm, məni söyüb biabır edər”-deməklə vəziyyətin nə qədər dramatik olduğunu təsdiqlədi. Araşdırma zamanı bəlli oldu ki, bu günə qədər liftdə həyatını itirən insanların da ölümü Vaqif kimilərin səhlənkarlığı ucbatından baş verir.
Vaqif deyir ki, Nərimanov rayonunda lift üzrə yeganə mütəxəsisdir və rayonun liftlərinin işləməsi ondan asılıdır. Əvəz etməz şəxs olduğu üçün ona heç kim təsir edə bilməz. Qanun da, qayda da odur. bu səbəbdən ona gözün üstə qaşın var deyən tapılmır. Görünür bu cür ərköyünlüklərin nəticəsidir ki, tez-tez lift qəzaları baş verir. 2011-ci ilin dekabrında Nərimanov rayonunda 2 yaşlı Tural Niftiyev yaşadıqları binanın 7-ci mərtəbəsindən liftin şaxtasına yıxılaraq dünyasını dəyişib.
Növbəti dəfə ötən ilin noyabırında lift faciəsi yaşandı. Belə ki, Nərimanov rayonunda 4 yaşlı Şahin Dəmirov liftin şaxtasına düşərək faciəvi şəkildə öldü. O ağır xəsarətdən yerindəcə keçinib. Hadisə baş verən binada liftin şaxtası açıq olub. Ş.Dəmirov da birinci mərtəbədə həmin şaxtaya düşüb. Başı dəmirə dəyib və dünyasını dəyişib.Hadisə ilə bağlı cinayət işi açılıb və Vaqif səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb olunsa da, sonradan müəmmalı şəkildə yüngül cəza ilə qurtulub və yenə də öz işinə davam edib. Belə bir insanın yenidən bu cür məsuliyyətli işdə işləməsinə imkan yaradan şəxslərin özləri ya bu məsuliyyəti dərk etmir, ya da dərk etmək istəmirlər.

Vətəndaşlar necə aldadılır?


Lifti ölüm kabusuna çevirənlər kimlərdir? -“Lift-Təmir”dən şikayət
Xəbərdar.net-in araşdırması zamanı o da üzə çıxdı ki, vətəndaşlardan bu günə kimi artıq pul yığılıb. Tarif şurasının qərarına əsasən liftən istifadəyə görə ödəniş 0.20 AZN (qeydiyyatda olan hər nəfər üçün) nəzərdə tutulsa da lift idarəsi hər evdən standart olaraq 1 manat pul toplayıb. Araşdırmamız zamanı aydın oldu ki, 3 illik borcu olduğu iddia edən vətəndaşlardan birinin mənzilində iki nəfər qeydiyyatda olduğu, halda ondan 49 manat pul tələb edilir. Halbu ki, vətəndaş həqiqətən borclu olsa belə tarif şurasının qərarına əsasən liftən istifadəyə görə cəmisi 14.40 manat ödəməlidir. Başqa bir vətəndaşdan isə 29 manat tələb olunduğu halda, mənzildə bir nəfər qeydiyyatda olduğu üçün qanuna uyğun olaraq onun cəmi borcu 5.80 manat təşkil edir. Yalnız bir blokda, iki mənzildə apardığımız müqaisədə idarə vətəndaşdan 58 manat oğurlayır.
Vətəndaşlardan biri isə deyir ki, mənzildə qeydiyyatda 4 nəfərin olmasına baxmayaraq hər dəfə 10 manat lift pulu ödəyirlər. Onun 5 manatının qəbzini alır, 5 manatını isə verməyənlərin borcuna yazmağı xahiş edirlər. Lakin göründüyü kimi onlar da liftin istifadəsindən məhrum olublar.
“Lift-təmir” İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynov məsələ ilə bağlı dedi ki, liftin qiyməti 0.20 manatdır. Vətəndaş vaxtında ödənişi etməlidir. Vətəndaşın borcuna görə, lifti dayandırmaq yolverilməzdir. Vətəndaş borcunu bir dəfəyə ödəyə bilmədikdə idarə ilə razılaşaraq hissə-hissə ödəyə bilər.
Nərimanov lift idarəsi isə Vaqifə haqq qazandırır. Drektorun köməkçisi kimi özünü təqdim edən xanım borcların yığılması üçün hüquqi yol tanımadıqlarını, yalnız borclar tam ödəndikdən sonra lifti işlədə biləcəklərini bildirdi. Dedi ki, liftən istifadəyə görə qeydiyyatda olan vətəndaşın hər biri üçün 0.40 manat ödənməlidir. Göründüyü kimi eyni qurumda liftən istifadəyə görə sakinlərə fərqli qiymətlər deyilir.



Liftlərdə baş verən faciələr bu sahəyə diqqətsizliyin, məsuliyyətsizliyin və keyfiyyətsizliyin göstəricisidir

Araşdırmamız zamanı o da məlum oldu ki, önəmli sahələrdən birinə nəzarət edən “Lift-təmir” İstehsalat Birliyinin işçilərinin səhlənkarlığı ucbatından bu günə qədər çoxlu sayda facələr baş verib. Bir müddət əvvəl bədbəxt hadisələrdən biri Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb. Ata azyaşlı övladının gözləri önündə faciəvi şəkildə ölüb. İ.Məmmədov küçəsi, bina 2-də 40 yaşlı Elmar Mustafayev 3-cü mərtəbədə övladı ilə liftdə qalıb. O, nasaz liftin qapılarını aralayaraq çıxmaq istəyib. Bu zaman nasaz lift işə düşüb və E.Mustafayevin başı liftin arasında qalıb. Qeyd edək ki, nasaz liftlərin ucbatından hər il 2-3 nəfər xəsarət alır, hətta ölüm halları da baş verir. Məsələn, bir neçə il əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 13 yaşlı Orxan Rüstəmov, daha sonra isə Xətai rayonu ərazisində 16 mərtəbəli binada yaşayan 51 yaşlı polkovnik-leytenant Məhərrəm İzzətov liftin şaxtasına düşərək həyatını itirmişdi.

Lifti ölüm kabusuna çevirənlər kimlərdir? -“Lift-Təmir”dən şikayət
Prezidentin Ehtiyat Fondundan "Lift-Təmir” İstehsalat Birliyinin ayrılmış vəsaiti hansı şəkildə xərcləməsi isə qaranlıqda qaldı

Göründüyü kimi, Sovet dövründən qalmış və istismar müddətini başa vurmuş liftlər vətəndaşlar üçün ciddi problemlər yaradır, hətta onların ölümünə səbəb olur. Binəqədi rayonunda baş vermiş məlum yanğın hadisəsinə görə bir neçə vəzifəli şəxs həbs olundu, amma liftlərdə hər il ölüm halları qeydə alınsa da, heç bir cəza tədbiri görülmür. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, 2008-ci ildə prezident şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Bakı Şəhər İcra Hakimiyyətinin "Lift-Təmir” İstehsalat Birliyinin ayrılmış vəsaiti hansı şəkildə xərcləməsi isə qaranlıq olaraq qalır. Çünki şəhərimizdə binaların liftlərinə diqqət yetirsək, görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşmaqdadır. Əldə etdiyimiz məlumatlara görə, birliyin balansındakı liftlərin yetərli hissəsi qəzalı vəziyyətdədir: "Köhnə binalardakı liftlərin çoxu baxımsız qalıb. Birliyin əməkdaşları nasaz liftləri vaxtında təmir etmirlər. Buna görə də köhnəlmiş liftlər əhali üçün ölüm kabusuna çevrilib.

Araşdırmamız davam edəcək.(Xeberdar.net)