"Neftçala" fəaliyyətini dayandıra bilər
19-05-2016, 15:36
Oxunub: 3 728
"Maliyyə məsələləri ilə klubun sponsoru məşğul olur. Bu dəqiqə üçün hər şey qaydasındadır"
"Report"un yaydığı xəbərə görə, bunu Azərbaycan I divizionunun qalibi "Neftçala" klubunun prezidenti Famil Səfiyev deyib.
F.Səfiyev rəhbərlik etdiyi klubun yeni mövsümdən Premyer Liqada iştirak etməsi üçün lisenziya işlərinin tamamlanmaq üzrə olduğunu bildirib:
"Lisenziya ilə bağlı heç bir problem olmayacaq. Sabah heç kim deyə bilməyəcək ki, "Neftçala" lisenziya tələblərinin hansınasa cavab vermir. Artıq işlərin 90 faizi həll olunub. Digər məsələlərin həlli üçün mayın 26-dək vaxt istəmişik. Müəyyən problemlər var ki, bu müddətə qədər həll edəcəyik. Maliyyə məsələləri də həllini tapacaq. Premyer Liqaya vəsiqə qazanacağımız təqdirdə, büdcənin artıb-artmayacağı klubdaxili məsələ olduğundan, bu haqda məlumat verə bilməyəcəyəm".
Klub prezidenti komandasının elitada iştirak etməyəcəyi təqdirdə, maraqlı hadisələrin baş verə biləcəyini söyləyib:
"AFFA və PFL komandanın elitada çıxış etməsi üçün yardımlarını əsirgəmir. Üstəlik Premyer Liqada oynayan bir neçə komanda var ki, heç də onlardan əksik deyilik. Liqaya yüksələ bilməsək, maraqlı olaylar ola bilər. Klub fəaliyyətini dayandıra da bilər, divizionda oynamağa davam da edə bilərik. Klubun fəaliyyət göstərib-göstərməyəcəyi qarşıdakı aylarda bilinəcək".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər