BolgeXeber.Com » Ölkə » Hacıbala Abutalıbova qarşı yeyinti ittihamı - 10 milyonluq qalmaqal

Hacıbala Abutalıbova qarşı yeyinti ittihamı - 10 milyonluq qalmaqal

19-05-2016, 15:44
Oxunub: 2 665 Hacıbala Abutalıbova qarşı yeyinti ittihamı - 10 milyonluq qalmaqalBakıda Sovet dövründə tikilmiş binaların lift problemi son illərin ən müzakirəli məsələlərindən birinə çevrilib. İstismara yararsız liftlərdə baş verən bədbəxt hadisələr ictimaiyyəti narahat etsə də, nədənsə aidiyyəti qurumları heç maraqlandırmır. Qeyd edək ki, 2008-ci ildə prezident şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Lakin ayrılmış vəsaitin hansı şəkildə xərclənməsi bir qədər qaranlıq qalır. Çünki şəhərimizdə binaların liftlərinə diqqət yetirsək görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşır. Gundelik-baku.com-un apardığı araşdırma nəticəsində aydın olur ki, köhnə binalardakı liftlərin çoxu baxımsız qalıb

Bakı Şəhər İcra Hakimiyyətinin «Lift-Təmir» İstehsalat Birliyinin (İB) əməkdaşları nasaz liftləri vaxtında təmir etmirlər. Buna görə də köhnəlmiş liftlər əhali üçün ölüm kabusuna çevrilib. Qanunla liftlər il ərzində bir neçə dəfə yoxlanılmalıdır. Əgər texniki şərtlərə cavab vermirlərsə, istismardan çıxarılmalıdır. Təəssüf ki, “Lift-Təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov bu məsələdə üzərinə düşən səlahiyyətləri lazımi səviyyədə icra edə bilmir. Texniki cəhətdən yararsız olan, insan həyatı üçün təhlükə yaradan liftlər hələ də istismardadır. «Qüdrət Şükürov birliyə baş direktor təyin olunandan sonra “Bakı Lift-Təmir” İstehsalat Birliyi böhran dövrünə qədəm qoyub. Şəhər meri Hacıbala Abutalıbovun kadrı sayılan birlik rəhbəri səlahiyyətindəki işlərə az vaxt ayırır. Quruma dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə sərf edilmir. Buna görə də paytaxtdakı liftlərin çoxu istifadəyə yararsız haldadır. Əslində, köhnə və nasaz liftlərlə bağlı problem ciddi məsələdir. Ölkəmizdə minlərlə doqquzmərtəbəli binanın olduğunu nəzərə aldıqda təhlükənin nə qədər yüksək olduğu ortaya çıxır. Rəsmi statistikaya əsasən Bakıda 5200-dən çox belə lift var və hər blokda orta hesabla 27 mənzil olduğu götürülərsə, 150 mindən çox ailənin hər gün risk mənbəyi olan köhnə liftlərdən istifadə etdiyini anlamaq olar. Lift xarab olduqda müracət etməyə heç bir ünvan, telefon nömrəsi, çağırış düyməsi yoxdur, ümid yalnız pilləkənlə enib-qalxan adamların içəridən gələn haraylara göstərdiyi reaksiyaya qalıb», deyə məlumatda qeyd olunur. Bu vəzifəyə 2012-ci Hacıbala Abutalıbovun əmri ilə təyin olunan Qüdrət Şükürov qısa müddətdə şəxsi maliyyə durumunu yaxşılaşdırmağa nail olub. Yayılan məlumatlarda deyilir ki, bir yoxlama zamanı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakı Lift-Təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovla bağlı heyrətamiz məlumatlar ortaya çıxıb. Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var! Özü də Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində! Deyilənə görə, bu məmurun həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır. Onu da bildirək ki, 2010-cu ilin aprelində ona məxsus olan “Range Rover” markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat oğurlanıb. Bundan başqa, Qüdrət Şükürovun öz katibəsinin adına bahalı avtomobil aldığı da yayılan məlumatlar arasındadır. İddialara əsasən, “Ferrari” markalı avtomobilin 350 min dollar qiyməti var. Doğrudur, həmin superkarın Qüdrət Şükürovun ailə üzvlərindən birinin ad günündə hədiyyə alındığı, diqqət çəkməmək üçün katibənin adına sənədləşdirildiyi də bildirilir. Lakin 350 min dolları nəğd şəkildə ödəmək də hər məmurun işi deyil. Bəs görəsən, sürücüsünün adına 5 milyonluq mənzil, katibəsinin adına 350 min dollarlıq avtomobil alan Q.Şükürov bununla gələcəkdə hər hansısa hadisə baş verərsə, o əmlaklarını bu yolla xilas edə bilərmi? Təkcə, Qüdrət Şükürov deyil, bu taktikadan istifadə edən hər hansısa şəxslər üçün də bu maraqlıdır. Çünki bu hal yeganə fakt deyil. Əksər məmurlar bu və ya digər mülkü alarkən adətən onu başqasının adına rəsmiləşdirirlər. Qüdrət Şükürovun Bakının lift probleminin həlli məqsədilə dövlət büdcəsindən ayrılan 10 milyon manatın böyük hissəsini tək yox, şəhər meri Hacıbala Abutalıbovla birlikdə xırıd etdiyi bildirilir. Bu barədə yaxın günlərdə ətraflı məlumat verməyə çalışacağıq. Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.