BolgeXeber.Com » Ölkə » Təmas xəttində yerləşən Tərtərin Borsunlu kəndində səyyar qəbul-görüş keçirilmişdir
Təmas xəttində yerləşən Tərtərin Borsunlu kəndində səyyar qəbul-görüş keçirilmişdir
6-06-2016, 11:49
Oxunub: 3 225
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır
Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.
Belə görüşlərdən biri də düşmənlə bir addımlıqda yerləşən Borsunlu kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə qonaqlar kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər. Sonra Borsunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xaləddin Qarayev kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışmışdır. Bildirmişdir ki, 276 təsərrüfat, 3175 hektar ərazisi olan kənddə 1162 nəfər əhali yaşayır.
Səyyar qəbulda iştirak edən sakinlərdən Vaqif Qədimov, Məhruzə İsmayılova, Tuğay Axundov, Nəyahət İsmayılova və digərləri çıxış edərək rayonun ən ucqar kəndlərindən olan Borsunlu kəndinə də qaz çəkilərək sakinlərin istifadəsinə verilməsindən, hər bir evə telefon xəttinin, küçələrə müasir gecə işıqlandırma sistemlərinin çəkildiyindən, eləcə də son aylarda rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışdılar.
Sakinlər əsasən suvarma ilə bağlı su təminatının yaxşılaşdırılması, kəndə gələn əsas yola asfalt örtüyünün salınması, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, bu gün düşmənlə bir addımlıqda yerləşən Borsunlu kəndində səyyar qəbulun keçirilməsində məqsəd kənd ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər