BolgeXeber.Com » Ölkə » "Çudo Peçka"da işçinin haqqı yeyilir - ŞİKAYƏT VAR

"Çudo Peçka"da işçinin haqqı yeyilir - ŞİKAYƏT VAR

22-06-2016, 16:25
Oxunub: 2 664 "Çudo Peçka"da işçinin haqqı yeyilir - ŞİKAYƏT VAR«Tək mən deyiləm və hazırda yüzlərlə «Çudo Peçka» işçisinin maaş problemi var ki, bununla bağlı da artıq məhkəməyə müraciət olunub»

«Çudo Peçka»nın əldən ələ keçməsi yekunda yüzə yaxın sıravi işçinin başında çatlayıb. Bu barədə DİA.AZ-a edilən vətəndaş müraciətlərindən aydın olur. Belə ki, redaksiyamıza müraciət edən Bakı sakini Kərimli Rövşənin sözlərinə görə, «Çudo Peçka» macazalar şəbəkəsinin baş ofisində işləsə də, sözügedən şirkətdən ayrılmasına baxmayaaq maaşının tamamını ala bilməyib.

Narazı vətəndaş yazır: «Tək mən deyiləm və hazırda yüzlərlə «Çudo Peçka» işçisinin maaş problemi var ki, bununla bağlı da artıq məhkəməyə müraciət olunub».

Narazı vətəndaşın dia.az-a bildirdiyinə görə, o, «Çudo Peçka»da 2015-ci ili naprel ayından 2016-cı ilin mart ayına qədər işləyib: «Lakin məlum qalmaqal zamanı «Standart Bank» «Çudo Peçka» şirkətinə əl qoydu və əvvəlki sahiblərindən - Cəlilovlardan aldı. Bir müddət şirkəti «Standart Bank» işlətdi. Sonradan - bu ilin fevral ayından isə yenidən Cəlilovlar şirkəti geri qaytardılar və bu zaman şirkətin işçilərə maaş borcları yarandı».

Narazı vətəndaşın bildirdiyinə görə, «Çudo Peçka»nın hazırki rəhbərliyi yüzlərlə işçinin əməkhaqqısını ödəmədiyindən hazırda bu iş məhkəmədədir: Amma yüzə yaxın başqa işçilər də var ki, onlarla bağlı heç məhkəmə iddiası da qaldırılmayıb ki, hazırda 680 manat alacağı olan mən də həmin sıradayam».

Onu da bildirək ki, bütün bunlarla bağlı DİA.AZ olaraq «Çudo Peçka» şirkətinin Fuad adlı səlahiyyətlisi ilə əlaqə saxladıq. Qeyd edək ki, hazırda şirkəti idarə edən də bu şəxsdir.

Dia.az-a açıqlamasında konkret olaraq «Kərimli Rövşən» adlı işçini tanımadığını və şirkətdə belə bir çalışanın nə zamansa işləmədiyini iddia edən Fuad adlı şəxs bizim sualımızın qarşılığında «siz dövlət qurumları da maaşları verməyəndə onu işıqlandırırsınız» sualını verməsilə, əslində təkziblərinin də səmimi olmadığını nümayiş etdirmiş oldu.

Yenə də mövzu diqqətimizdədir və Fuad müəllim də daxil olmaqla «Çudo Peçka» rəhbərliyinin əlavə izahatlarını da dinləməyə hazırıq.
Bolgexeber.com