BolgeXeber.Com » Ölkə » “City Hospital” xəstəni bəlaya salıb, yaxasını kənara çəkir - ŞİKAYƏT VAR
“City Hospital” xəstəni bəlaya salıb, yaxasını kənara çəkir - ŞİKAYƏT VAR
23-06-2016, 09:53
Oxunub: 3 701
Türkiyədə əməliyyat Əntiqə Süleymanovaya 23 min dollara başa gəlib
Özəl tibb klinikaları xarici ölkələrdən həkim dəvət edirlər. Lakin əcnəbi həkimin yanlış müalicə və əməliyyatına görə klinikalar məsuliyyəti üzərinə götürmürlər.
Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, əcnəbi həkimlərin yanlış müalicəsindən narazılıq edənlər var. “Təşkilatımıza Göyçay rayon sakini Əntiqə Mövsüm qızı Süleymanova tərəfindən şikayət daxil olub. Şikayətçi bildirir ki, “City Hospital” tərəfindən dəvət edilən türk həkimi İlkan Dündarın qəbulunda olub. Həkim ona onkoloji xəstə olduğunu deyib və Türkiyədə müalicə olunacağına inandırıb”,-deyə E.Hüseynov əlavə edib.
Türkiyədə əməliyyat Əntiqə Süleymanovaya 23 min dollara başa gəlib. Lakin xəstənin səhhəti yaxşılaşmaq əvəzinə günü-gündən pisləşib: “Vəziyyəti pisləşən şikayətçi sonradan türk həkimlə əlaqə yarada bilməyib. Klinika isə bu işdə məsuliyyət daşımadığını deyir. Təşkilatımız da klinikaya müraciət edib, lakin müsbət cavab almayıb”.
Şikayətçi 23 min dolların geri qaytarılmasını, ona dəymiş maddi və mənəvi ziyanın klinika tərəfindən ödənilməsini tələb edir.
“Baku City Hospital“dan isə virtualaz.org saytına bildiriblər ki, rəhbərliyin icazəsi olmadan sualları cavablandıra bilməzlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər