Şəkidə hakim köməkçisi intihara əl atdı - FOTO
2-07-2016, 16:17
Oxunub: 3 672
Şəkidə intihara cəhd olub
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şin kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Spartak İsmayılov özünü Kiş çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S. İsmayılov Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyib. Onun külli miqdarda borcu olduğu üçün intihara cəhd etdiyi bildirilir.
Şəki Ağır Cinayətlər Məhkəməsi hakim köməkçisinin intihara cəhd etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Məhkəmədən APA-ya verilən məlumata görə, əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyən Spartak İsmayılov bu ilin martında öz ərizəsi ilə işdən çıxarılıb. Hazırda o rayonda fəaliyyət göstərən banklardan birində hüquqşünas vəzifəsində çalışır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər