BolgeXeber.Com » Ölkə » Milli polisimiz

Milli polisimiz

4-07-2016, 14:52
Oxunub: 2 464 Milli polisimizAzərbaycanın MİLLİ POLİS-i xalqımızın inam, etimad ünvanıdır

Amerikada da, Rusiyada da, Azərbaycanda da evi oğurlanan, maşını əzilən, oğlu öldürülən, özü aldadılan, qonşusundan dad çəkən, banditlərdən bezən, əlqərəz, Cinayət Məcəlləsinin 300-dən artıq maddəsi üzrə hamı və hər yerdə onlara üz tutur. Onlardan umur – öz şəxsi təhlükəsizliyindən tutmuş ictimai asayişin qorunmasınadək. MİLLİ POLİS-imiz dövlət strukturlarında iş rejimini təmin etmə, qiyamı, bandit birləşmələrini zərərsizləşdirmə, üsyan, mitinq, piket, cinayətkarlıqla mübarizə və s. şərəşur olayların da sipəridir.

Və biz mentalitetimizə uyğun olaraq… polisdə “yaxşı adam” axtarışındayıq. Bizim milli-mental təfəkkürdə “yaxşı adam” ən yaxşı halda cinayəti ört-basdır edən, ən pis halda görməzlikdən gələn hüquq-mühafizə orqanları əməkdaşlarına deyirlər. Ona görə də ağzıgünələr polisdə “yaxşı adamların yoxluğu”ndan gileylənir. Və bu həddən artıq sevindiricidir ki, polisdə “yaxşı adamın yoxluğu”nu kimsə deyirsə, qəti şəkildə əmin olmaq lazımdır ki, hansısa rayonda, hansısa bölmədə hansısa cinayətə göz yumulmayıb. Azərbaycan polisində “yaxşı adam” qıtlığı polis şərəfini qoruyan minlərlə yaxşı vətəndaşın varlığı deməkdir!

Sentimentallıqdan real faktlara keçərək qürur duyduğumuz polisimizin xidmətlərini xatırlayaq. 90-cı illərin əvvəllərinin daxili gərginliyi hələ də unudulmayıb. Bir neçə ilə altı daxili işlər naziri gördük müstəqilliyini yenicə qazanmış Azərbaycanda. Hərəsi də üç ay-beş ay, uzağı bir il duruş gətirə bildi. Silahlı birləşmələr, bandit qruplaşmaları, özbaşınalıq nəinki ictimai asayişə zərbə idi, hətta dövlət strukturlarını haça-paça vəziyyətinə gətirmişdi.

Ulu öndər Heydər Əliyevin gəlişi ilə aparılan islahatlar, xüsusi önəm verilən daxili siyasət az sonra bəhrəsini verdi. Dahi rəhbərin daxili işlər naziri postunu etibar etdiyi şəxs isə Ramil Usubov oldu. Ramil Usubovun ölkə daxilində vəziyyətin sabitliyinin qorunmasında yorulmadan fəaliyyət müddəti iyirmi ildən artıqdır və bu iyirmi ildən artıq müddətdə nəinki xarici və daxili düşmənlərin, hətta DİN daxilində özlərinə yuva salmış destruktiv qüvvələrin və qiyamçıların zərərsizləşdirilməsi, onlara uğurlu təpki göstərilməsi bir daha Azərbaycan polisinin modern və monolit bir qüvvəyə çevrildiyinin təcəssümüdür. Budur MİLLİ POLİS-imizin qüdrəti.

Milli polisimiz


Ulu öndərimiz Heydər Əliyev daxili işlər naziri general -polkovnik Ramil Usubova etimad göstərərək xalqın qoruyucusu missiyasını həvalə edib. Ramil Usubov nazir təyin edilərkən Umumilli liderimiz Heydər Əliyev bildirmişdir ki,”Ramil Usubova mən tam inanıram, prezident kimi ona etimad göstəriram, və sizin hamınızdan tələb edirəm ki, ona bu vəzifədə işləməsinə köməklik göstərəsiniz”. Bu gün də Ramil Usubov bu missiyanı şərəflə davam etdirir.

Ən azından iki qiyam cəhdi zamanı başda cənab general-polkovnik Ramil Usubov olmaqla sərgilənən mübarizlik və dövlətə, dövlətçilik ənənələrinə sadiqlik xalqda bir daha öz MİLLİ POLİS-inə əminlik yaşatdı!

Müstəqillik dönəminin sayca yeddinci daxili işlər naziri olsa da, cənab Ramil Usubov Azərbaycan polisi tarixində ən uzunömürlü və qənirsiz dövlət adamı olaraq, sırada birincidir!

Milli polisimiz


Biz bugünkü əmin-amanlığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ramil Usubovun idarəçiliyi ilə MİLLİ POLİS-mizə borclu olduğumuzu unutmamalıyıq. Çünki MİLLİ POLİS-imiz bizim şərəfli nümayəndələrimizdən ibarətdir.

Milli polisimiz


Bu gün də MİLLİ POLİS-imizin şəxsi heyəti milli dövlətçilik ideologiyasına söykənən prinsiplərlə xidmət edir.

Bayramınız mübarək MİLLİ POLİS-imiz! Uğurlar, “yaxşı adam” ola bilməyən MİLLİ POLİS-imiz.

XALQ.AZ İnformasiya Agentliyinin baş redaktoru Zaur Mirzə-zadə