BolgeXeber.Com » Ölkə » Rayonlardakı başdaşı qətliamının arxasında kimlər dayanır? – ŞOK İDDİA

Rayonlardakı başdaşı qətliamının arxasında kimlər dayanır? – ŞOK İDDİA

9-08-2016, 10:52
Oxunub: 3 958 Rayonlardakı başdaşı qətliamının arxasında kimlər dayanır? – ŞOK İDDİANə qədər inanılmaz olsa da, güc orqanlarının ilkin qənati olayların arxasında məzar daşı alverçilərinin dayanması ehtimalıdır

2016-cı ilin əvvəllərindən etibarən bəzi rayon və kəndlərdə qəbiristanlıqların naməlum şəxslər tərəfindən dağıdılması, başdaşlarının kütləvi şəkildə sındırılıb sıradan çıxarılması ilə nəticələnən bir neçə olay baş verib ki, bu olayların kimlər tərəfindən hansı məqsədlə törədildiyi bu gün də ictimaiyyət üçün sirr olaraq qalmaqdadır.

Bu günlərdə cumhuriyyet.az-a məlum məsələ ilə bağlı maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, hələlik başdaşılarına kimlərin divan tutduğu dəqiq bəlli olmasa da, bir sıra rayonda oxşar dəsti-xətt əsnasında baş verən olayların təhlili, bu olaylardan sonra əhali ilə aparılan söhbətlər hüquq-mühafizə orqanlarına ilkin qənaətə gəlməyə imkan verib. Nə qədər inanılmaz olsa da, güc orqanlarının ilkin qənati olayların arxasında məzar daşı alverçilərinin dayanması ehtimalıdır. Hüquq-mühafizə orqanı əməkdşları hesab edir ki, məzarlıqdakı başdaşılarının sındırılıb dağıdılması yalnız məzar daşı alverçilərinin marağına cavab verir. Çünki yaxınlarının başdaşısının sındırıldığını görən hər bir ailə onu təzələmək zərurəti hiss edir ki, bu zərurət də onu məzar daşı alverçisinin qapısına aparır. Onlarla başdaşının dağıdılması məzar daşı alverçiləri üçün onlarla yeni iş, on min manatlarla gəlir deməkdir ki, onların məhz bu səbəbdən başdaşlarına qənim kəsildiyi ehtimal edilir.
Bilgili qaynaq iddia edir ki, məzar daşı alverçiləri hər hansı riskdən sığortalanmaq, hadisəni törədən zaman hansısa şahid tərəfindən görünüb tanınmamaq üçün başdaşılarının dağıdılması işini digər rayonlardan olan “yaxın adamlarına” sifariş edir.
Mənbənin məlumatına görə, hazırda rəsmi şəkildə təsdiqlənməyən bu ehtimalın daha dərindən araşdırılması ilə yanaşı, digər versiyalar da gözdən keçiriməkdədir ki, bu araşdırmanın nəticəsinin yaxın gələcəkdə ictimaiyyətə elan edilməsi gözlənilir.