BolgeXeber.Com » Ölkə » Bulvarda saxta qəbz verən çay evləri – 8 manatlıq çayın vergisi verilirmi?

Bulvarda saxta qəbz verən çay evləri – 8 manatlıq çayın vergisi verilirmi?

10-08-2016, 15:53
Oxunub: 3 656 Bulvarda saxta qəbz verən çay evləri – 8 manatlıq çayın vergisi verilirmi? Azərbaycan Respublikasının qanunlarının ölkə daxilində hər bir kəs üçün keçərli olduğu hamıya su kimi aydındır

Yəni, hər bir Azərbaycan vətəndaşı qanunların alliyini qorumaq şərti ilə bu dövlətin Milli Məclisinin müzakirələrə çıxararaq qəbul etdiyi, Azərbaycan prezidentinin təsdiqlədiyi qanunlara hörmətlə yanaşmalı, onu ayaqlar altına atmamalıdır.
Amma, əksər hallarda sahibkarlıq fəaliyyəti ilə məşgul olanlar, məmurların nəzarəti altında fəaliyyət göstərən ticarət obyektlərinin, istirahət mərkəzlərinin, dəbdəbəli çay evlərinin sahibləri bu qanunları bilərəkdən kobud şəkildə pozur və belə olmalıymış kimi davranış nümayiş etdirməklə milyonlar qazanırlar.
Azərbaycan respublikasının Prezidenti İlham Əliyev bütün müşavirələrdə məmurlara xalqla normal unsiyyət saxlanmasını, onların problemlərinin həlli istiqamətində addımlar atmasını və ən əsası insanlara qarşı edilən qanunsuzluqlarla mübarizə aparılmasının vacibliyini ciddi tapşırıq kimi ortaya qoyur.
Di gəl ki, bu məmurlar hələ də qanunlarla işləməyin, bu yolun Azərbaycan üçün uğurlu gələcək vəd etdiyini kafalarına sığışdıra bilmirlər. Yenə də əyri-üyrü işlərlə milyonlar qazanırlar.
Bir müddət əvvəl Bakı Bulvar İdarəsinin nəzarətində olan çay evləri və kafelərdə süni qiymət artımı barədə mətbuatda kifayət qədər ciddi faktlar yer aldı. Uzun müzakirələrdən sonra Bulvar İdarəsinin rəhbərliyi bəyan etdi ki, qiymətlərə ciddi nəzarət olunur. Əlbətdə, Bulvar İdarəsi rəhbərliyi bu sözlərdən başqa heç nə deyə bilməzdi. Çünki, bu obyektlərin sahibləri olan məmurlar bu məkanlardan milyonlar qazanır və İradə müdirini onlara qaşın üstə gözün var deyə bilməz. Odur ki, yenə köhnə dalğa, könhə kordinat. Hər kəs öz ampulasındadır. Bulvar od tutub yanır.
Bizimxeber.az-ın əməkdaşları Bulvarda olduqca maraqlı bir faktla qarşılaşıblar. Belə ki, Milli Parkın ərazisinin uzadılmasından sonra məmurlar bu yeni ərazilərdə daha yeni çay evləri yaratdılar ki, bir da daha çox pul qazansınlar. Bulvarın Amay Ticarət Mərkəzi ilə üzbəüz hissəsində “Liman Cafe”adlı yeni bir çay evi açılıb.
Adi stol-stullar, adi 50 qəpiklik stəkanlar və adi hamımızın evimizdə içdiyimiz çayın qitməti 8 manatdır. Təsəvvur edin, menyuda aşkar şəkildə görünür ki, bu qiymət əvvəllər 11 manat olub. Sonradan hansısa səbəbdən qiymət 8 manata salınıb. Əcəba, bir çaynik çay və balaca bir qabda mürəbbənin qiyməti 8 manatmı edir? Necə müəyyənləşdiriblər bu qiyməti? Hansı rasiona uyğun müəyyənləşib?
Hər bir ölkədə məhsulun maya dəyəri deyilən bir anlayış və hesablama sistemi mövcuddur. Buna uyğun qiymət tənzimlənir. Bizdə isə kim hansı qiyməti gəldi yükləyir müştəriyə.
Kimindir bu “Liman” çay evi? Hansı məmurun nəzarətindədir? Yaxud, Bakı Bulvar İdarəsi rəhbərliyi bu çay evinin necə işlədiyinin, hansı formalı vergi verdiyinin fərqindədirmi?
Olduqca maraqlı bir məqam isə 8 manat ödəndikdən sonra verilən qəbzdir. Bu qəbz saxta bir kağız parçasıdır. Çünki, qəbzdə nə ünvan, nə VÖEN nomrəsi, nə də bir sahibkar adı qeyd olunub. Əcəba, bu çay evi vergi ödəyirmi? Ödəyirsə, hansı sənədlə ödəyir? Hansı ölkədir bura, cənablar?
Bu qəbz Prezident Administrasiyasına, Vergilər Nazirliyinə və hətta Bakı Bulvar İdarəsinə göndəriləcək.
Bulvarda saxta qəbz verən çay evləri – 8 manatlıq çayın vergisi verilirmi?
Bulvarda saxta qəbz verən çay evləri – 8 manatlıq çayın vergisi verilirmi?
Bulvarda saxta qəbz verən çay evləri – 8 manatlıq çayın vergisi verilirmi?
Bulvarda saxta qəbz verən çay evləri – 8 manatlıq çayın vergisi verilirmi?