BolgeXeber.Com » Ölkə » Evi Unibank tərəfindən hərraca çıxarılan Saday Şəkərlinin xanımından fəryad - Özbaşınalıq...

Evi Unibank tərəfindən hərraca çıxarılan Saday Şəkərlinin xanımından fəryad - Özbaşınalıq...

15-08-2016, 11:22
Oxunub: 3 834 Evi Unibank tərəfindən hərraca çıxarılan Saday Şəkərlinin xanımından fəryad - Özbaşınalıq..."Bizi də Sadayın yanına göndərsinlər...”

Tanınmış şair Saday Şəkərli artıq səkkiz aydır ki, dəmir barmaqlıqlar arasındadır. Məsələ isə məlumdur. Qanunsuz, sübuta yetirilməyən ittihamla həbs. Yaşının – başının bu çağında öz səhhətindəki problemlərlə uğraşan şair, indi dəmir barmaqlıqlar arasında daha da pis durumdadı. Vəziyyəti ağır olduğuna görə həbsxanadan birbaşa Penitensiar Xidmətin müalicə mərkəzinə yerləşdirilib.

Biz də Moderator.az olaraq şairin son vəziyyəti ilə maraqlanmaq üçün onun evinə yollandıq. Metronun H.Aslanov stansiyasından çıxıb bir az aralıda yerləşən binadakı evinə qalxdıq. Bizi şairin həyat yoldaşı Əminə xanım qarşıladı. Çox fikirli görünən Əminə xanım Sadaydan sonra çox çətinliklər çəkdiyini dedi:

"Onun günahı olsaydı deyərdim ki...”

"Bu boyda yalan olar? Bu çox gülünc ittihamdı. Sadaya qarşı irəli sürülüən ittihamların heç birisi sübuta yetirilmədi. 10 il müddətinə azadlıqdan məhrum etdilər. Bu günlərdə Apellyasiya Məhkəməsinə müraciət edəndən sonra həbsi 5 ilə endirildi. Amma Saday beş il yox, ümumiyyətlə bəraət almalı idi. 5 il bir igidin ömrüdü. (Ağlayır) Onun günahı olsaydı deyərdim ki, günahın var get, cəzanı çək. Axı Sadayın heç bir günahı yoxdu. Uşaqdan – böyüyə hamı bilir ki, Saday günahsızdı. Sadayın vəkillərinə də minnətdarlığımı bildirirəm. Həm Bəhruz Bayramov, həm də Fəxrəddin Mehdiyev bizə təmənnasız köməklik edirlər.

Həbs olunan gecəsi Saday zəng vurub dedi: "Mərd ol, mətin ol, mənim günahım olmaya-olmaya məni ilişdirdilər. Çox güman ki, kitaba görə məni tuturlar. Sən nə Dilbərdən, nə də Şükriyyədən artıq deyilsən. Sən də onların biri”. Səhəri gün təzədən iki nəfər gəldi və "Qurd ürəyi” romanının bütün nüsxələrini yığıb apardılar.

"Vətənsiz yaşaya bilmədik...”

2004 – cü ildə Rusiyaya köçəndə Saday rəhbərlik etdiyi "Təbriz” nəşriyyatında gənclərə köməklik göstərirdi. Onların kitablarını çap edirdi. Biz 2004 – cü ildən 2008 – ilə qədər Rusiyada yaşadıq. Yaxşı imkanlarımız var idi. Tikinti şirkəti açmışdı. Amma bütün bunlara baxmayaraq vətənsiz yaşaya bilmədik. Evi – eşiyi satıb Bakıya qayıtdıq. Burda da bir nəfər tərəfindən iş qururuq adı ilə aldandı. Külli miqdarda pulumuzu mənimsədilər. Heç bir manatını da qaytarmadılar. İndi elə bir vəziyyətdəyəm ki, Sadaydan sonra qalmışam ortalıqda. Mən həmişə evdar qadın olmuşam. Mənim işim uşaqlarla maraqlanmaq olub. Mən metro nədi, avtobus nədi bilmirdim. İndi Sadaydan sonra hər yerə özüm gedirəm.

"Saday dərman hesabına yaşayır...

Sadayın yazdığı "Qurd ürəyi” romanında kimisə ittiham edəcək fikirlər yoxdu. Saday deyir ki: "Kim bunu bilmək istəyirsə, kitabı götürüb gəlsin mənə sualların ünvanlasın və mən ona izah edim nə yazdığımı”. Bu günləri isə məhkəmələrdə kitabdan söz açılmır. İndi də deyirlər ki, biz kitab görməmişik. Ancaq iddia edirlər ki, Saday pul tələb edib. Saday şair idi, jurnalist yox. Və o, kimisə tənqid edəcək məqalələr yazmırdı. O, necə ola bilər ki, kimisə qorxudaraq pul alsın. Tibb müəssisəsində müalicə olunur. Şəkər xəstəsidi, belində problem var və dəhşətli ağrıları olur. Saday dərmanla həyatda qalır.

"Bu ailə həmişə şairlərə hörmətlə yanaşıb...”

Bu adamlar Prezident Aparatına da saxta məlumat verirlər. Hər gün xeyirxah işlərlə məşğul olan prezidentimiz cənab İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyeva bu məsələni bilsə, mən inanıram ki, bizə köməklik edərlər. Bu adamlar ölkə başçısı ilə insanlar arasında dərin uçurum yaradıblar. Bizim harayımız yuxarılara çatmır. Mərhum prezidentimiz Heydər Əliyev şair Hüseyn Cavidin nəşini Sibirdən gətizdirib Naxçıvanda dəfn edib məqbərə ucaltdı. Bu ailə həmişə şairlərə hörmətlə yanaşıb. Mən köməyi xaricdən yox, öz ölkə başçımdan istəyirəm. Saday Şəkərlinin bəraət alması üçün cənab prezident tapşırıq versə, sevinərəm.

"Bizi də Sadayın yanına göndərsinlər...”

Sadaydan sonra zülm çəkirəm. 2015 – ci il ümumiyyətlə çox pis il oldu bizim üçün. Bir – birinin ardınca atam rəhmətə getdi, onun ardınca qaynanam və qaynım rəhmətə getdi. Bir də Sadayın həbs olunması bizi lap yerdən – yerə vurdu. Sadayın həbsi mənə atamın ölümünü unutdurub. (Ağlayır) Saday bunu haqq eləməyib. O, günahsızdı. İndi evimiz kreditdə olduğu üçün ödəyə bilmirəm. Saday evdə olanda hər şeyi özü edirdi. İndi "Unibank” evimizi hərraca çıxarır. Bizi də atacaqlar küçəyə bilmirəm hara gedəcəyik. Bir oğlumla mənəm evdə. Onda bizi də Sadayın yanına göndərsinlər, biz də orda qalaq”. "Bizi də Sadayın yanına göndərsinlər...”"Bizi də Sadayın yanına göndərsinlər...”