BolgeXeber.Com » Ölkə » “Azəriqaz” İB-in kodu sındırılan “kod əməliyyatı” – Smart kartlar “öz-özünə” niyə koda düşür?
“Azəriqaz” İB-in kodu sındırılan “kod əməliyyatı” – Smart kartlar “öz-özünə” niyə koda düşür?
15-08-2016, 16:38
Oxunub: 4 897
Son vaxtlar “Azəriqaz” İstehsalat Birliyinin Abşeron idarəsinə məxsus smart kartların tez-tez koda düşməsi vətəndaşların ciddi narazılığa səbəb olmaqdadır
Vətəndaşlar smart kartların “öz-özünə” necə koda düşdüyünü anlamır, hər bu cür halla qarşılaşanda qurumun Xırdalan şəhərindəki idarəsinə müraciət etmək məcburiyyəti qarşısında qalır.
Bugünlərdə özəl mənbədən 24saat.org-a daxil olan məlumat “Azəriqaz” İB-in kod əməliyyatına aydınlıq gətirib. Mənbənin verdiyi məlumatdan bəlli olub ki, əslində smart kartlar heç də “öz-özünə” koda düşmür. Belə ki, kartların koda düşməsi “Azəriqaz”İB-in öz əməkdaşlarının “zəhməti” sayəsində baş tutur ki, bunda da məqsəd vətəndaşların idarəyə müraciət edib kodun açılması üçün pul ödəməsini təmin etməkdir. Belə ki, koda düşən kartın koddan çıxarılması üçün vətəndaşlardan bəlli məbləğdə xidmət haqqı tələb edilir ki, bu da əlavə gəlir deməkdir.
Mənbənin sözlərinə görə, “Azəriqaz” İB-in bu kələyi tədricən ictimaiyyətə bəlli olsa da, hələ də qurumun əməkdaşları smart kartların koda düməsinə görə məsuliyyəti vətəndaşların üzərinə qoymaqda, onları kartdan düzgün istifadə etməməkdə ittiham etməkdədir.
24saat.org
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər