“Əcnəbiləri milliləşdirir, öz idmançılarımızı isə itiririk”
18-08-2016, 12:50
Oxunub: 3 402
Araz Əlizadə: “İdmançılarımızın uğurunda da, uğursuzluğunda da idman nazirinin payı var”
Azərbaycan idmançılarının Rio olimpiyadasında o qədər də yüksək nəticələr sərgiləməməsi media və sosial şəbəkələrdə gənclər və idman naziri Azad Rəhimova yönəlik tənqid və ittihamların artmasına səbəb olub.
Maraqlıdır, A.Rəhimov idmançılarımızın olimpiyadadakı uğursuz çıxışlarına görə məsuliyyət daşıyırmı?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə idman naziri kimi A.Rəhimovun uğur və uğursuzluqlarda pay sahibi olduğunu urğuladı:
“Təbii ki, idman naziri idmançılarımızın uğurlu çıxışlarında olduğu kimi, uğursuzluqlarında da məsuliyyət payı var. Doğrudur, o, idmançıların yerinə meydana çıxıb mübarizə aparmır. Lakin o, təşkilatçı kimi məsulıiyyətə sahibdir. Bundan başqa, biz əcnəbi idmançıları milliləşdirməklə, öz idmançılarımızı itiririk. Nicat Rəhimov nümunəsi buna misaldır. Biz bu idmançıya şərait yaratmadıq, lakin Qazaxıstan onu milliləşdirməklə olimpiyadada qızıl medal qazandı. Bu, idman nazirliyinin səhvidir.
Hesab edirəm ki, idman nazirliyi bu kimi məsələlərdə diqqətli olmalı, doğru seçimlər etməli və idmançılarımızı doğru qiymətləndirməyi bacarmalı, onların özlərini göstərməsinə şərait yaratmalıdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər