BolgeXeber.Com » Ölkə » Dolların Bakıdakı “bayram sərgüzəştləri”: Əcnəbilərə bir, yerlilərə başqa qiymətə satılır

Dolların Bakıdakı “bayram sərgüzəştləri”: Əcnəbilərə bir, yerlilərə başqa qiymətə satılır

12-09-2016, 16:10
Oxunub: 2 286 Dolların Bakıdakı “bayram sərgüzəştləri”: Əcnəbilərə bir, yerlilərə başqa qiymətə satılırÖlkədə dollar qıtlığı olduğu bir dövrdə, xüsusilə də qeyri-iş günlərində valyuta mübadiləsi aparmaq mümkünsüzə çevrilir

Bu gün və sabah Nazirlər Kabinetinin qərarına uyğun olaraq qeyri-iş günüdür. Belə ki, bu günlərdə banklar da fəaliyyət göstərmir. Vətəndaşlar isə dollar almaq və ya satmaq üçün “qara bazara” üz tutmağa məcbur olurlar. Valyuta mübadilə məntəqələrinin bağlanmasından sonra “qara bazarın” çiçəklənmə dövrü başlayıb. Artıq bəzi kommersiya bankları da əllərində olan dollarları “qara bazara” ötürür ki, daha çox gəlir əldə etsin.

Cebhe.info xəbər verir ki, Mərkəzi Bankın bayram günlərinə verdiyi rəsmi məzənnə hər 1 dollarda 1.6403 manatdır. Kommersiya bankları isə dolların məzənnəsini 1.68 manat ətrafında müəyyənləşdirib.

“Qara bazar”da isə mənzərə daha fərqlidir. Dolları alıb-satanın kim olmasına görə qiymətlər də fərqlənir. Orta hesabla valyuta mübadiləsi 1.70 civarında olsa da, dolların satışı 1.80-1.90 manat ərtafında dəyişir. Bu qiymətlər ancaq xarici vətəndaşlara aiddir. Yerli əhaliyə isə dollar 1.73 manatla satılır, 1.70 manatla alınır. Nəzərə alsaq ki, bayram günlərində “qara bazara” üz tutanların sayı çox olur, bu günlərdə “qara bazar”ın fəaliyyəti daha geniş vüsət alacaq.